Icma.az
close
up
RU
Hamilə qadını alçaldan gəncin işinə yenidən baxılacaq Hökm ləğv edildi

Hamilə qadını alçaldan gəncin işinə yenidən baxılacaq Hökm ləğv edildi

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadına işgəncə verməkdə, seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan 2003-cü il təvəllüdlü Əli Məmmədovun Ali Məhkəmədə işinə baxılıb.

Gununsesi.info xəbər verir ki, Neftçala rayon sakini Əli “TikTok” sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Ləman (ad şərti verilib – red.) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Bir müddət sonra Ləmanın hamilə olması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Əli qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib.

İttihama görə, Əli hamilə vəziyyətində olan qeyri-rəsmi münasibətdə olduğu Ləmanın sosial şəbəkələrdə başqa kişilərlə ünsiyyət saxlamasından xəbər tutub. 21 mart 2023-cü ildə, saat 10 radələrində dostu Vaqifin kirayə qaldığı evin qonaq otağında mübahisə zamanı Ləmanın sifət nahiyəsinə çoxsaylı zərbələr vurub. Bel kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb, kürək, sağrı və ayaq nahiyələrinə zərbələr endirib. Ləmanın qollarını kəmərlə bağlayıb, onu köməksiz vəziyyətə salıb. Ailəsinin və özünün ünvanına nalayiq ifadələr işlədib, bir daha sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına söz verməsini tələb edib. Ləman diktə olunan sözləri deyərkən Əli Məmmədov mobil telefonla videoçəkiliş aparıb. Soyunaraq qadına qarşı intim hərəkətlər edib. Ləman ilə əvvəlcə oral, sonra qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edib. Bu hərəkətlərini də mobil telefonla çəkib. Qadın ona yalvararaq aktiv müqavimət göstərib, seksual xarakterli hərəkətlər etmək təklifi ilə razılaşmadığını bildirib. Əli Məmmədov yetirdiyi xəsarətlərin izlərini itirmək üçün qarşılıqlı razılaşmaya əsasən saat 14 radələrində birlikdə istintaqla müəyyən edilməyən digər evə gedib və 4 gün orada yaşayıblar. Bundan sonra birlikdə martın 25-də Əlinin digər dostunun kirayə yaşadığı evə gediblər, saat 21 radələrində yenidən sosial şəbəkələrdə kişi cinsindən olan digər şəxslərlə ünsiyyət saxlamasını bəhanə edərək onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Kəmərlə Ləmanın qollarını bağlayaraq mənzilin hamam otağına salıb. Orada onunla cinsi əlaqədə olub, üzərinə sidik ifraz edib, bu hərəkətlərini mobil telefonla çəkib.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 133.2.2 (aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində əzab vermə), 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 133.2.6 (əzab vermə – işgəncə verməklə törədildikdə) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının ümumi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələrindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan cinayət təqibinə xitam verilməsini, cəzadan azad olunmasını istəyib. Bundan əlavə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əli Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi həmin məcəllənin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib. Onun cəzası 5 ilə endirilib.

Bu qərardan kasasiya şikayəti və protesti ilə Ali Məhkəməyə müraciət olunub. Prokuror Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiyasına qaytarılması ilə bağlı qərar qəbul edilməsini istəyib.

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçriilən prosesdə qərar elan olunub. Qərara görə, prokurorun protesti təmin olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin ağırlaşdırıcı hallarının müəyyən edilməsi üçün cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə başlanacaq.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri