Hamilə qadının şişən barmağından üzük belə çıxarıldı VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kürdəmirdə 19 yaşlı hamilə qadının əlindən arı sancması nəticəsində barmağında şişmiş vəziyyətdə qalan üzük FHN əməkdaşları tərəfindən çıxarılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki, Kürdəmir rayonu, Sor-Sor kənd sakini 2006-cı il təvəllüdlü Cəfərova Natavan Ramin qızı evdə olarkən onun əlindən arı sancıb.
Arı sancması səbəbindən onun barmağında yaranan şiş və barmaqda olan metal üzük ona problem yaradıb.
Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra barmaqdakı üzüyü çıxarmaq üçün əraziyə FHN-in qəza xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Qadına problem yaradan üzük barmaqdan çıxarıldıqdan sonra ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Bizim.Media, Aran bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Sentyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















