Icma.az
close
up
RU
Hamilə qadınların ən çox qorxduqları nədir?

Hamilə qadınların ən çox qorxduqları nədir?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Hamiləlik zamanı qadınların nəinki, fizioloji, hətta, psixoloji vəziyyətlərində də dəyişikliklər meydana gəlir. Bu psixi dəyişikliklərin sırasında hamilə qadınların qorxuları da yer tutur.

Ana olmaq qadının ən təbii bioloji tələbatlarından biridir. Bu təlabat qadını ən çox sevindirən və xoşbəxt edən tələbatdır. Amma hamiləlik baş verdikdən sonra hər şey asan və ideal olmur. Hamiləlik zamanı qadının orqanizmində bir çox fizioloji və psixoloji dəyişikliklər baş verir. Hətta, sağlam hamiləlik keçirən qadınlarda belə bəzi psixoloji əlamətlər meydana çıxa bilir. Bu əlamətlərdən biri də hamilə qadının qorxularıdır.

Qadınlar hamilə qaldıqları gündən hamiləliklərini necə keçirəcəklərini, uşağı dünyaya necə gətirəcəklərini və onu necə böyüdəcəklərini düşünürlər. Bu da təbii olaraq hamilə qadınların sinir sisteminin zəifləməsinə və əsəbi gərginliklərin əmələ gəlməsinə səbəb olur. Bu cür düşüncələrlə yaşamaq hamilə qadınlarda qorxu hissəsinin əmələ gəlməsinə və getdikcə inkişaf etməsinə səbəb olur.

Hamilə qadınların ən çox qorxduqları şey uşaqlarına ürəklərinin istədiyi kimi baxa bilməməkdir. Bəzən isə analar uşağı dünyaya gətirdikdən sonra karyeralarının yarımçıq qalacağını düşünərək qorxu içərisində yaşayırlar.

Bəzi qadınlar " Mən ərimə övlad dünyaya gətirirəm" düşüncəsi ilə yaşayırlar. Bu isə mütləq bu uşağı dünyaya gəyirməliyəm və ya mütləq oğlan doğmalıyam kimi fikirlərin formalaşmasına, dolayısıyla da qorxu hissinin formalaşmasına səbəb olur. Hamiləlik dövrünü qorxu hissi ilə keçirmək qadının əsəblərinin pozumasına səbəb olur.
Hamilə qadının qorxu ilə yaşaması uşağın sinir sisteminə təsir edir. Belə ki, ananın emosional düşüncələri, əsəbi gərginliyi uşağı da narahar edir. Psixoanalitiklər bu səbəbdən də ananın gərgin olmasını və qorxu hissi ilə yaşamasını düzgün hesab eləmirlər. Çünki, bu uşağın normal inkişafının ləngiməsinə səbəb olur.

Hamilə qadınların qorxu hissi ilə yaşamasına onların internetdən çox məlumat toplamalarıdır. Mütəxəssislər hamilə qadınlara internetdən istifadə edərkən onları hər bir oxuduqlarına inanmamalarına səsləyir.

Hamilə qadınların qorxu hissi ilə yaşamalarına səbəb olan amillərdən biri də onların doğuşdan qorxmalarıdır. Mütəxəssislər doğuş qorxusu ilə yaşamaqdansa hamilə qadının doğuma psixoloji cəhətdən hazırlanmasını məsləhət bilir. Müasir tibbdə doğum öncəsi nəinki hamilə qadının hətta, uşağın atasının da doğuşqabağı psixoloji məsləhət alması təşkil edilir. Bu isə doğuşun normal keçməsinə və ananın psixoloji travma almamasına səbəb olur. (milli.az)

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri