Icma.az
close
up
RU
Hamilələr üçün FOL turşusu niyə vacibdir? Doğru MƏLUMAT

Hamilələr üçün FOL turşusu niyə vacibdir? Doğru MƏLUMAT

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir.

Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır.

Saglamolun.az bildirir ki, orqanizmdə olan fol turşusunun defisiti özünü çox vaxt heç bir əlamətlə büruzə vermir. Lakin tədqiqatlara əsasən, məhz bu vitaminin çatışmazlığına (digər vitaminlərlə müqayisədə) daha tez-tez hallarda təsadüf edilir. İlk növbədə fol turşusunun çatışmazlığı zamanı anemiya (qanazlığı) inkişaf edir. Bu anemiya növü zamanı eritrositlərin (qan hüceyrələri) sayı azalır, onların funksiyası pozulur. Əgər bu defisit  vaxtında təshih olunmasa, iştahanın pozulması, əsəbilik, yorğunluq, saçların tökülməsi, dəri problemləri, ishal və s. kimi simptomlar meydana çıxır.

Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir.

Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.

Adi vaxt insan orqanizminə gün ərzində 200 mqr fol turşusu tələb olunur. Hamilə qadınlar üçün gün ərzində 400 mqr (bəzi tədqiqatçıların fikirinə görə hətta 800 mqr) fol turşusu lazımdır.

Fol turşusu hansı qida məhsullarında var? Fol turşusunun əsas mənbəyi undur (ağ əla növ un deyil, aşağı növ un). Daha sonra fol turşusu ispanaqda, cəfəridə, yaşıl noxudda, lobyada, sitrus meyvələrində və onların şirələrində, avokadoda var. Heyvani məhsulların arasında bu vitamin az miqdarda qara ciyərdə, balıqda, ətdə var.

Hətta tam dəyərli və balanslaşdırılmış qidalanma hamiləlik zamanı fol turşusuna olan təlabatını tam ödəyə bilmir. Bu səbəbdən istisnasız olaraq bütün həkimlər hamilə qadınlara həb şəklində olan fol turşusu preparatlarını təyin edirlər. Fol turşusu hamiləliyə hazırlıq mərhələsində və hamiləliyin 12-ci həftəsinə qədər mütləq (!) qəbul olunmalıdır.

Nəzərinizə çatdıraq ki, hamilə qadınlar üçün olan bütün vitamin komplekslərinin tərkibində fol turşusunun profilaktik dozası daxildir. Bu səbəbdən əgər siz bu vitamin komplekslərindən birini qəbul edirsinizsə və sizdə bu vitaminin təsdiq olunmuş kəskin defisiti yoxdursa, fol turşusunun əlavə qəbuluna ehtiyac yoxdur.

Adətən hamilə qadına profilaktik dozada olan fol turşusu preparatları təyin edilir. Lakin əgər qadında fol turşusunun kəskin çatışmazlığı təyin olunubsa (bunu qan analizi təsdiq edə bilər), bu zaman həkim xüsusi müalicəvi dozada olan fol turşusu preparatını təyin etməlidir.

Əmizdirmə zamanı fol turşusuna olan təlabat yüksək qalır və bu səbəbdən ana əlavə olaraq fol turşusu preparatlarını qəbul etməlidir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri