Icma.az
close
up
RU
Hamiləlik zamanı dəridə çapıqlar. Qarşısını necə almaq olar?

Hamiləlik zamanı dəridə çapıqlar. Qarşısını necə almaq olar?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hamiləlik zamanı qadının orqanizmində çox ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər orqanizmin bütün orqan və sistemlərini əhatə edir.

Hamiləlik zamanı və doğuşdan sonra bir çox qadınları qarın, döş, sağrı, bud nahiyələrində əmələ gəlmiş ağ zolaqlar narahat edir.

Saglamolun.az bildirir ki, bu zolaqların (onları "striya" da adlandırırlar) əmələ gəlmə səbəbləri hamiləlik zamanı dərinin güclü dartılmasıdır. Dartılmış dərinin iç qatı gərginliyə dözməyə bilər ki, nəticədə partlayır, cırılır. Dərini bərpa etmək üçün orqanizm bu yerə birləşdirici toxumadan ibarət olan "yamaq" qoyur. Əvvəl bu yerlər çəhrayı və ya tünd qırmızı, vaxt keçdikcə isə ağ rəng alır. Birləşdirici toxumada piqment yoxdur. Bu səbəbdən çapıqlar dəridən seçilir, qadın "zaqar" alanda, çapıqlar ağ qalır.

Nəzərə almaq lazımdır ki, bu çapıqların əmələ gəlməsi həmçinin irsiyyətlə də bağlıdır. Bəzi qadınlarda çapıqlar az, digərlərində isə həddindən artıq çox olur.

Hamiləlik zamanı bu problemin profilaktikası olduqca vacibdir. Artıq əmələ gəlmiş çapıqları müalicə etmək çətindir.

Bu məqsədlə həkimlər qadınlara bu kimi  məsləhətlər verir:

1. Kifayət qədər təmiz su için (buna əks-göstərişlər yoxdursa). Su dərinin elastikliyini təmin edir. Quru dəri daha pis dartılır ki, nəticədə çapıqların əmələ gəlməsi riski artır.

2. Zülallarla zəngin ola qidaları qəbul edin (ət, süd məhsulları, yumurta, paxlalılar və s.). Zülal dərinin əsas "tikinti materialıdır".

3. Hamilə qadınlar üçün nəzərdə tutulmuş xüsusi büsthalter taxın. Belə büsthalterlər döşləri yaxşı saxlayır və sallanmağa qoymur ki, nəticədə dəri daha az dartılır.

4. Bandajın taxılması da bu işdə yaxşı kömək edir. Bandaj qarını saxlayır və sallanmağa qoymur.

5. Hamiləlik zamanı bədən üçün olan dəri skrablardan istifadə edin. Belə skrablar dəridə qanın mikrosirkulyasiyanı yaxşılaşdırır. Ev şəraitində çox effektli bədən skrabları hazırlamaq olar - 2 xörək qaşığı üyüdülmüş düyü və yulaf yarması, duz, qəhvə xama və ya qaymaqla qarışdırın  və dərinizi yaxşı skrablayın. Bunu həftədə 2-3 dəfə duş qəbulu zamanı edə bilərsiniz.

6. Dərinizə xüsusi kremlər və losyonlar çəkin.

7. Zeytun və badam yağı bu kimi problemlərin çox yaxşı profilaktikasıdır. Hər gün dərinin problemli hissələrə bu yağları çəkin.

8. Kontrast duş (soyuq və isti suyun növbələşməsi) dərini çox yaxşı möhkəmləndirir, dərinin qan dövranını yaxşılaşdırır.

9. Problemli zonaları massaj edin.  Əlinizə cod əlcək taxın və dərini yaxşı massaj edin. Bunu duşdan sonra etmək daha yaxşıdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri