Hamiləlikdə qidalanma ilə bağlı VACİB MƏQAMLAR
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Hamiləlik dövründə düzgün qidalanma həm ananın, həm də dölün sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.
Mütəxəssis vurğulayıb ki, hamiləlik xəstəlik deyil:
“Hamiləlik xəstəlik deyil ki, biz ona bu cür yanaşaq. Bu, fizioloji bir haldır və qadın həyat boyu əksər zaman iki və ya üç dəfə bu dövrü yaşayır. Ona görə də buna normal proses kimi yanaşmaq lazımdır”.
Onun sözlərinə görə, bu dövrdə əsas diqqət qidalanmaya verilməlidir:
“Vitamin tərkibli qidalar mütləq olmalıdır. Meyvə, tərəvəz, ət məhsulları vacibdir. Zülal mütləq lazımdır. Həm heyvan zülalı, həm də bitki zülalı qəbul edilməlidir. Məsələn, lobya, mərcimək bitki zülalıdır, ət, toyuq, yumurta isə heyvan zülalıdır”.
Axundova əlavə edib ki, şirniyyatlara üstünlük vermək doğru deyil:
“Biz tam şəkildə tövsiyə edirik ki, daha çox şirniyyata yox, zülal və vitaminlərlə zəngin qidalara - meyvə və tərəvəzə üstünlük verilsin”.
Zeynəb Rzayeva
Baxış sayı:84
Bu xəbər 18 Fevral 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















