Icma.az
close
up
RU
Hamiləliyi dərmanla sonlandırmağın faciəvi sonu: Qız istəmirlər deyə edirlər

Hamiləliyi dərmanla sonlandırmağın faciəvi sonu: Qız istəmirlər deyə edirlər

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hamiləliyi özbaşına sonlandırma istəyi bəzi qadınların həyatını itirməsinə səbəb olur. İstər arzuolunmaz hamiləlik, istərsə də qız uşağına hamiləlik hallarında bu, ən birinci seçim olur.

Hazırda Azərbaycan abortların əhali sayına nisbətinə görə dünyada ilk pillələrdə qərarlaşıb. Statistika nə qədər ürək ağrıdırsa, bir o qədər də ikrah doğurur.

Həkimlər düşünürlər ki, dərmanla abort etməyə çalışan qadınlar öz həyatlarını nə dərəcədə təhlükəyə atdıqlarının fərqində deyillər.

Ginekoloq Fidan Əliyevanın sözlərinə görə, bu növ dərmanların apteklərdə reseptsiz satılması qadağandır. Çünki bu dərmanların yanlış istifadəsi ciddi təhlükələrə gətirib çıxara bilər.

"Qadınlar hamilə olduqlarından şübhələndikləri an həkimə getmədən birbaşa apteklərə müraciət edirlər. Bəzi hallarda bu, uğurlu alınır, amma bəzən qadını həyati təhlükə ilə üz-üzə qoyur. Elə qanaxmalar olub ki, qadını xəstəxanaya çatdırmaq mümkün olmayıb", ‒ deyə F.Əliyeva bildirib.

Ginekoloq Leyla Sadıqlı isə deyir ki, qadınlar hamiləliyin 12-ci həftəsinə kimi öz istəkləri ilə abort etdirə bilərlər. Lakin bu müddətdən sonra həyata keçirilən abortlar gecikmiş hesab olunur və qadın sağlamlığı üçün risklər daşıyır:

"Hamiləliyin 12-ci həftəsində ultrasəs müayinə zamanı dölün cinsiyyətinin qız olduğunu biləndə qadınlar aborta müraciət edirlər. Lakin gec həyata keçirilən abortlar zamanı qadında infeksiya, qanaxma, qadınlığın deşilməsi və ikincil sonsuzluq yarana bilər".

Həkimlər hesab edirlər ki, bu cür nəticələr xanımların hamiləlikdən qorunmağa düzgün yanaşmamasıdır. Bunun üçün ən populyar növ spiral sayılır. Bundan başqa, dərialtı implantdan və hətta həblərdən istifadə edilir. Heç bir qorunma üsulundan istifadə etməyən qadınlar tez-tez hamilə qalırlar. Abort isə orqanizmdə çox sayda fəsadlar törədir. Bunu qadın həmin anda, yaxud bir ay, hətta illər sonra da hiss edə, yaşaya bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 May 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaxanım ana oldu

04 İyul 2025 15:22see136

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see135

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see131

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see126

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see124

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see123

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see122

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see122

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see121

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see120

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see115

Hər siqaret ömrü 20 dəqiqə qısaldır Həkim AÇIQLADI

04 İyul 2025 04:49see114

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see113

İzmirdə meşə yanğınları davam edir İnsanlar təxliyə edilir + VİDEO

04 İyul 2025 11:06see112

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri