Icma.az
close
up
RU
Sertifikasiyadan narazılıqlar bitməmiş attestat qalmaqalı başladı Direktorlar qanunsuzluq edir

Sertifikasiyadan narazılıqlar bitməmiş attestat qalmaqalı başladı Direktorlar qanunsuzluq edir

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hazırda ümumtəhsil məktəblərində buraxılış sinfində oxuyan şagirdlərə attestatlar təqdim olunur. Sosial platformalarda valideynlərin attestata yazılan illik qiymətləndirmənin düzgün aparılmaması səsləndirilir. Valideyn narazılıq edir ki, uşaq buraxılış imtahanlarında zəif nəticə göstərdiyi üçün məktəb rəhbərliyi şagirdin qiymətlərini aşağı yazır. Halbuki uşaq tədris ili boyunca heç 2 qiyməti almayıb. Sadəcə buraxılış imtahanında aşağı nəticə göstərib. Buna görə də, buraxılış imtahanı nəticəsinin bir başa attestata yazılacağı bildirilir".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Ramin Nurəliyev bildirib.

O, qeyd edib ki, əvvəla buraxılış imtahanı məktəbin ümumi qiymətləndirməsi deyil:

"Heç bir şagirdə buraxılış imtahanı nəticəsinin yekun qiyməti bütün tədris ili boyunca fəaliyyəti diqqətə alınmadan birbaşa yazıla bilməz. Yəni şagird il boyunca hər hansı bir fəndən, - bu fənlərə buraxılış imtahanı fənləri də daxildir, - 3, 4, 5 qiyməti alıbsa, sadəcə müəyyən səbəbdən buraxılış imtahanı nəticəsi 2 olsa belə, həmin şagirdin ümumi illik qiyməti 2 ola bilməz. Bu şagirdə ümumi illik qiyməti 2 yazılıbsa, tamamilə təhsil haqqında qanuna zidd addım atılmışdır, deməkdir. Çünki şagirdin ümumtəhsil məktəblərində illik qiymətləri "Təhsil haqqında" qanuna əsasən bütün tədris ilini əhatə etməlidir. Buraxılış imtahanı yekun qiymətləndirməni əks etdirmir. Şagirdin illik qiymətləndirməsi "Təhsil haqqında" qanuna, Nazirlər Kabinetinin qərarına, eləcə də, Elm və Təhsil Nazirliyinin göstəriş və qaydalarına əsasən formalaşdırılmalıdır. Buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsinin bir hissəsidir. Buraxılış imtahanı illik qiymətləndirilməyə təsir etməməlidir. Qanunda bununla bağlı hər hansı bir təlimat yoxdur. Şagirdə verilən attestatda buraxılış imtahanının nəticəsi birbaşa yazıla bilməz. Əgər şagird peşə təhsil müəsisələrinə müraciət edəcəksə, buraxılış imtahanı onun üçün hər hansı bir qiymətləndirmə meyarı deyil. Peşə təhsili müəssisələrinə qəbul DİM-in qəbul imtahanları ilə aparılmır, attestat qiymət ortalaması əsasında aparılır. Yəni buraxılış imtahanı peşə təhsilinə qəbulda heç bir rol oynamır.
Məktəb rəhbərliyi şagirdlərin qiymətləndirilməsini həyata keçirdiyi zaman onun tədris ili boyunca dərslərə davamiyyətini, hazırcavablığını, tapşırıqlara fəallığını, bilik və bacarığını, sosial fəaliyyətini də nəzərə almalıdır".

Bəs buraxılış imtahanı nəticəsi və illik qiymətləndirmə aşağı olarsa, şagirdə attestat verilmir?

R.Nurəliyev bildirib ki, əgər bir şagirdin Riyaziyyat fənni onun biliyinə əsasən qiymətləndirilirsə, Fiziki tərbiyə fənni fiziki qabiliyyətinə, Çağırışa qədərki hazırlıq fənni bacarığına, Rəsm fənni xüsusi istedadına və qabiliyyətinə görə qiymətləndirilir:

"Bununla yanaşı, buraxılış imtahanında 3 fənn üzrə imtahan təşkil olunur, amma şagirdin attestatina 15-ə yaxın fənn üzrə qiymət yazılır. "Təhsil haqqında" qanunda qiymətləndirmə meyarlarına əsasən şagirdlərin məktəbdən kənarlaşdırılması bu halda nəzərdə tutulur. Əgər şagird 4 fəndən 2 qiyməti alarsa, o zaman məktəb pedaqoji şuranin qərarı ilə sinifdə saxlanıla bilər. Bu da o deməkdir ki, şagird hər hansı bir fəndən 2 qiyməti alsa belə, həmçinin attestatina 2 yazılsa belə, buna görə məktəbdən xaric oluna bilməz, yaxud da növbəti sinifə keçməsinə və yaxud da, attestat almasına məhdudiyyət tətbiq edilə bilməz".

Ekspertin sözlərinə görə, şagirdin ümumi bilik və bacarığı, dərsə davamiyyəti, nizam-intizamı qaydasında deyilsə, bu zaman məktəb pedaqoji şurası tərəfindən müvafiq qərar verilərək haqqında tənbeh tətbiq edilə bilər.

"Yəni məktəb rəhbərliyi özbaşına deyil, pedaqoji şuranın qərarına görə addım atmalıdır. Təəssüflər olsun ki, bəzi məktəb direktorları valideynlərin məlumatsızlığından istifadə edərək şagirdlərin qiymətlərinin aşağı olmasını əsas gətirir və bu istiqamətdə müxtəlif təzyiqlər göstərir. Bildirmək istəyirəm ki, bu kimi təzyiqlər tamamən qanunsuzdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, müəllimlərin sertifakatlaşdırma prosesindən narazılıqlar səngiməmiş, bu dəfə orta məktəb məzunlarının attestatlarına qiymətlərin yazılması ilə bağlı narazılıqlar başlayıb. Çoxsaylı valideynlər iddia edirlər ki, məktəb direktorları DİM tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsini bəhanə edərək attestata yüksək qiymət yazılması üçün "şirinlik" istəyirlər.

T.İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 İyul 2025 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri