Icma.az
close
up
RU
Hamını bezdirən ən uzunömürlü yalan

Hamını bezdirən ən uzunömürlü yalan

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Donald Trampın 24 aprel münasibətilə ABŞ və dünyadakı ermənilərə münasibəti əvvəlki illərdəki müraciətlərdən qətiyyən fərqlənmədi.Təbii ki, Cozef Baydenin müraciəti istisna olmaqla. Ona görə də bir yandan ANCA – Amerika Ermənilərinin Milli Komitəsi, o biri yandan isə “ArmenianReport” Ağ evi “ağ yuyub, qara sərir.” “ArmenianReport”un əməkdaşı Romella Mnatsakanyan ABŞ-dəki ermənilərdən də irəli gedərək Trampa qarşı insafsızcasına hücuma keçir. (https://armenianreport.com/ru/pubs/415492/)

Haylar bu gözlənti ilə özlərini aldadırdılar

Söhbətin nədən getdiyini hamı bildiyinə görə mən bir az geriyə qayıtmaq istəyirəm. Belə ki, ermənilərin növbəti məğlubiyyəti ötən ilin payızında ABŞ-da keçirilmiş prezident seçkilərindən əvvəl də məlum idi. Belə ki, ekspertlərin fikrincə, Amerika erməni icması həmin seçkilərdə ciddi rol oynaya bilməzdi. Çünki Ermənistan dövlətinin özü Amerika erməni təşkilatları ilə əlaqələr baxımından aktiv rol ala bilmirdi. Ermənistandan gələn “tapşırıqlar” diaspor tərəfindən qulaqardına vurulurdu. Bir az da dəqiqləşdirsək, “Daşnaksütyun” və Hnçak partiyaları Paşinyan hakimiyyətini legitim hesab etmir, Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi (ANCA) isə yerli erməni əhali arasında təsir gücünü itirmişdi. Bütün bunları əsas gətirən “Xalq qəzeti”nin Türkiyədəki müxbiri, professor, Qafar Çaxmaqlı ABŞ-da keçiriləcək prezident seçkilərindən bir gün əvvəl yazmışdı: “ABŞ-dakı sabah keçiriləcək seçkilərdə namizədlər erməni icmalarına mühüm amil kimi baxmırlar. Bir sözlə, okeanın o tayında səsvermədə kimin qalib gəlməsindən asılı olmayaraq ermənilər nə Amerikada, nə də bölgəmizdə məkrli planlarını həyata keçirə biləcəklər...”.

Elə də oldu. Ermənilər hər yerdə – regionda, Avropa məkanında, MDB və KTMT-də olduğu kimi, ABŞ-da da əliboş qalıblar. Hindistanın köhnə silahları və Makronun absurd bəyanatları İrəvanı çox da uzağa apara bilməyəcək.

Daha bir əsr gözləyin!

Qərəz... Bir əsrdən də çoxdur ki, uydurma erməni soyqırımının tanınması arzusu ilə yaşayanlar builki 24 apreldə də nəyəsə nail ola bilmədilər. Məhz həmin uğursuzluğun nəticəsidir ki, dünyanın hər yerindəki – xüsusən, İrəvan, Paris və Vaşinqtondakı öz tarixi günahlarını ört-basdır etmək istəyən haylar ABŞ rəhbərliyinə ağlagəlməz dərəcədə hücuma keçirlər. Unudurlar ki bu mifik fikirlərin ucundan tutub getdiklərinə görə Kremldən əlləri üzülüb. İndi Ağ evdən də əlləri ətəyindən uzun şəkildə qayıda bilərlər.

...Təxminən on il qabaq “erməni soyqırımı” haqqında Rusiya mətbuatında oxuyub bəyəndiyim ən yaxşı fikirlərin müəllifi Levon Tataraşvili idi. O yazırdı ki, Cənubi Qafqazdakı qonşularımız soyqırımı məsələsində yüz ilə öz arzularına çatmadılarsa, onda ikiyüzüncü ili gözləsinlər. Yəni demək istəyirdi ki, hamıya məlum olan ağ yalanı həqiqət donunda sırımaq üçün yüz il dəridən-qabıqdan çıxmaq üçün insanda üz gərəkdir. Sırtılmış üz...

Təbii ki, bizə dəxli yoxdur, qoy davam eləsinlər. Amma ABŞ rəhbərliyinin də öz hüquqları var axı.

Romella qane olmur

Nə isə, Romella Mnatsakanyan “Donald Trampın ənənəvi cəsarətsizliyi” adlı məqaləsində (25 aprel 2025-ci il) təkcə ABŞ Prezidentini yamanlamaqla kifayətlənmir. Onun dərdinin böyüyü qələmə aldığı yazının əsas məğzində də görünür: “Ankara və Bakı Trampın ikinci prezidentliyinə çox böyük ümid bəsləyirlər”. ABŞ Prezidentinin hayları məyus edən jestindən söz açan Romella yazır: “Fərqli bir şey eşidə bilməzdik. Sələfi Co Baydeni tez-tez tənqid edən Tramp, əslində, heç bir baxımdan ona tay deyil.

Mnatskanyan yazır ki, ABŞ 2021-ci il aprelin 24-də “erməni soyqırımı”nı rəsmən tanımış, Co Bayden Osmanlı İmperiyasında 1915-ci il hadisələri qurbanlarının xatirəsinə həsr olunmuş rəsmi bəyanatında ilk dəfə olaraq “soyqırımı” sözündən istifadə etmişdi. Bu, mühüm addım idi, çünki əvvəllər Amerika prezidentləri bu termini rəsmi bəyanatlarında istifadə etməkdən çəkinirdilər”.

İndi mən həmin Romella Mnatsakanyandan soruşuram: “2021-ci ildə Ağ evin sizin “soyqırımı” yalanınızı həqiqət kimi tanıyandan sonra nə qazandınız ki, indi Trampın tanımasından nə gözləyəsiniz?

Ağ ev rəhbərinin “biabırçı addımı”!

Bu erməni axçisi bütün dünyaya yeni düzən gətirmək əzmində olan Donald Trampın “soyqırımı” sözünü dilinə gətirməməsini “biabırçı addım” adlandırır: “Əslində, Donald Trampın “biabırçı addımı”na məhəl qoymamaq olardı. Axı ABŞ-ın bütün 50 ştatı erməni soyqırımını rəsmən tanıyıb. Məlum olduğu kimi, bu tanınma mərhələlərlə baş verib, yəni bir neçə onilliklər ərzində ayrı-ayrı ştatlar müvafiq qətnamələr qəbul edib, 2019-cu ildə isə ABŞ Konqresi (həm Nümayəndələr Palatası, həm də Senat) “erməni soyqırımı”nı rəsmən tanıyan qətnamə qəbul edib”.

Həmin qətnamənin qəbulundan bir il keçməmiş səsi, sorağı “bütün dünyanı başına götürmüş” erməni ordusu Azərbaycan əsgərinin əli ilə darmadağın edilmədimi? Dövlətinizin iqtisadiyyatı çökdürülmədimi? Baş naziriniz kapitulyasiya sənədinə imza atmadımı? “Bütün dünya” dediyiniz böyük məkanda rüsvay, zəlil olmadınızmı? Oldunuz!

“Tramp qorxaq adamdır”mı?

Hələ bu harasıdır, “qoçaq” və “cəngavər ürəkli” Romella ABŞ Prezidentini “qorxaq” adlandırmaqdan da çəkinmir: “Bəli, o, ilk prezidentlik dövründə qorxaq idi, indi də qorxaqdır. Tramp öz dövlətinin aşkar cinayətlərini hələ də şiddətlə inkar edən birinə heyrətamiz ehtiram bəsləyir: Türkiyə prezidenti Ərdoğana. Üstəlik, Tramp İsrailin baş naziri Netanyahu ilə görüşü də daxil olmaqla, türkə rəğbətini açıq və yüksək səslə dilə gətirir. Məhz o, əvvəlki hakimiyyəti dövründə Türkiyə və Azərbaycanın Artsaxa qarşı təcavüzünə göz yummuşdu. O zaman onun kovboy yolları harada idi? Qafiyə ilə cavab vermək olardı, amma mənim tərbiyəm buna imkan vermir. Baxmayaraq ki, əslində, onlar orada idilər. Və hamısı ona görə ki, ABŞ-ın hazırkı prezidenti riyakar və məğlubdur”.

Kor kora kor deməsə...

Məlum məsələdir ki, dünyanın heç bir ölkəsində Ermənistanda olduğu qədər intriqa yoxdur. Orada prezidentlərin öz aralarında və parlamentlə münasibətlərdə, kilsə və dövlət, xalq və iqtidar, “Daşnaksütyun” və o biri qaniçən partiyalar arasındakı

intriqalar körpə uşağa da məlumdur. Üstəlik, getdikcə daha ciddi şəkildə qarşıdurmalar yaranır. Bütün bunları “unudan” Romella Ağ evi intiriqalara görə qınayır: “Artıq bütün dünya onun (Trampın–İ.M.) yarıtmaz əməllərinin şahididir. Xatırladım ki, Trampın komandası Ağ evin indiki işğalçısına (ifadəyə bax, ha, gərgin səsvermə prosesi ilə seçilmiş prezidentə işğalçı deyir) sədaqət prinsipi əsasında yığılmış dövləti idarə etmək üçün tamamilə yararsız insanlar xorudur. Nəhayət, məlumat sızandan sonra Ağ ev maliyyə naziri Skott Bessent və ABŞ Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri, milyarder İlon Mask arasında intriqa dolu mübahisə “sağlam prosesin bir hissəsi” adlandırıldı”.

Kremlə və Ağ evə yeni Vanqa gərək deyil

Romella Kreml – Ağ ev münasibətlərinin gələcəyi barədə sanki vanqalıq edir: “Putin başa düşür ki, Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə cəsarət etməyəcək, Ukraynaya silah verməyəcək. Ən çox gözlənilənlər odur ki, o, (yəni Tramp – İ.M.) danışıqlar prosesindən çəkilib, əl-qolunu yusun. Bu da onun qorxaqlığının növbəti nümunəsi olacaq. Ona görə də Trampın erməni soyqırımının tanınması məsələsində qorxaqlıq göstərməsinə təəccüblənməməliyik”.

Vəssalam! Bu da növbəti erməni cəfəngiyyatıdır ki, artıq bizə yox, Vaşinqtona ünvanlanıb.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see412

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see328

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see267

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see262

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see224

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see219

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see206

Gənc ana və oğulları

09 İyun 2026 03:48see188

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see184

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see182

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see182

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see174

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see173

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see172

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see171

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see170

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see165

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

09 İyun 2026 01:10see160

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see159

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri