Icma.az
close
up
RU
Hamını həkim və hüquqşünas görmək olmaz Ekspert

Hamını həkim və hüquqşünas görmək olmaz Ekspert

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məktəblərdə peşə yönləndirilməsi məsələsi uzun illərdir müzakirə olunan problemlərdən biridir.  Bu məktəblilərin bacarıqlarına uyğun peşələrə yönləndirilməsi üçün xüsusi səlahiyyətli şəxslərə ehtiyac olub-olmadığı məsələsini aktuallaşdırır. 
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, məktəblərdə peşə yönləndirilməsinin zəif olmasının kökündə ilk növbədə təhsil sistemimizin hələ də böyük ölçüdə "akademik və imtahan mərkəzli" modeldən xilas ola bilməməsi dayanır:
"Bizim bugünkü məktəb mühitimiz şagirdi real həyata, onun daxili potensialına və fərdi bacarıqlarına görə deyil, yalnız ali məktəbə qəbul imtahanlarında toplayacağı yüksək bala görə qiymətləndirir. Bu yanaşma təhsili daxili kəşf prosesindən çıxarıb mexaniki yarışa çevirir. Valideynlər və müəllimlər uşağın rəsmə, musiqiyə, texnikaya, dülgərliyə və ya hər hansı bir praktik sənətə olan sevgisini çox vaxt görməzdən gəlir, hamını mütləq şəkildə hüquqşünas, həkim və ya iqtisadçı görmək istəyirlər. Aristotelin dediyi kimi: "Ruhun enerjisi həyatın mahiyyətidir." Biz uşaqların ruhunun hansı sahədə enerjili olduğunu tapmaq əvəzinə, onların daxili səsini boğuruq. Üstəlik, məktəblərdə uşaqların müxtəlif peşələri canlı şəkildə görə biləcəyi, istehsalat sahələri, laboratoriyalar və ya müasir texnoloji mərkəzlərlə birbaşa təmas qura biləcəyi praktiki mexanizmlər demək olar ki, yoxdur".
Ekspert deyib ki, peşə yönümlü dərslər və ya tədbirlər əksər hallarda sadəcə sinif otağında, formal mühazirələr şəklində keçirilir ki, bu da rəqəmsal dövrün uşaqları üçün heç bir cəlbedicilik kəsb etmir:
"Məhz bu nöqtədə məktəblərdə şagirdləri doğru peşəyə yönləndirəcək, tamamilə müstəqil və xüsusi səlahiyyətli şəxsin, məsələn  "Karyera bələdçisi"nin olmasına fundamental ehtiyac yaranır. Bu şəxs sıradan bir müəllim və ya məktəbin cari işlərlə yüklənmiş psixoloqu olmamalıdır. Çünki mövcud sistemdə məktəb psixoloqları əsasən uşaqların nizam-intizam, adaptasiya və ya ailə daxili problemləri ilə məşğul olurlar və onların əmək bazarının müasir trendlərini, gələcəyin peşələrini təhlil etmək üçün nə vaxtları, nə də xüsusi metodoloji hazırlıqları çatır. Səlahiyyətli karyera bələdçisi isə tamamilə fərqli bir missiyanı yerinə yetirməlidir. O, hər bir şagirdi ibtidai siniflərdən etibarən izləməli, xüsusi psixometrik testlər, fərdi müsahibələr və uşağın meyil etdiyi praktiki məşğələlər vasitəsilə onun güclü və zəif tərəflərini müəyyən etməlidir. Belə bir mütəxəssis həm də valideynlərlə işləməli, onların övladları üzərindəki subyektiv ambisiyalarını neytrallaşdırmağı bacarmalıdır. Əgər məktəbdə rəsmi statusu, xüsusi otağı və şagirdin gələcək trayektoriyasını müəyyən etmək qabiliyyəti olan belə bir səlahiyyətli şəxs olarsa, o, uşaqları yalnız ali təhsilə deyil, ölkə iqtisadiyyatı üçün hava və su kimi lazım olan peşə təhsilinə də düzgün istiqamətləndirə bilər. İnsan ancaq sevdiyi və istedadı olduğu işlə məşğul olduqda cəmiyyətə real dəyər qazandırır və əsl insan kapitalına çevrilir. Məktəblərimizdə bu boşluğu doldurmasaq, diplomlu işsizlər ordusu böyüməyə, gənclərimiz isə ömür boyu özlərinə aid olmayan həyatları yaşamağa məhkum olacaqlar",- deyə ekspert qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyun 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri