Hamının gözlədiyi “Tesla” üçün gözlənilməz qərar Təxirə salındı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"Tesla"nın illərdir gözlənilən yeni nəsil "Roadster" modelinin təqdimatı bu dəfə də baş tutmayacaq. Şirkət tədbirin tarixini hava şəraiti ilə əlaqədar dəyişib.
“Yeni Sabah” xəbər verir ki, elektrik avtomobil istehsalçısı Tesla ikinci nəsil Roadster modelinin təqdimatını yenidən təxirə salıb. Oktyabrın 1-də keçirilməsi planlaşdırılan təqdimat tədbiri Texasda gözlənilən güclü fırtına və sel təhlükəsi səbəbindən təxirə salınıb. Tədbirin açıq havada keçirilməsi nəzərdə tutulduğundan, hava şəraiti ilə bağlı xəbərdarlıqlar şirkətin planlarını dəyişməsinə səbəb olub. Şirkət rəsmiləri meteoroloqların xəbərdarlıqlarından sonra tədbirin təxirə salınmasının zəruri olduğunu bildiriblər.
"Tesla" yeni nəsil Roadster-in təqdimatını 15 oktyabr 2026-cı il tarixinə keçirib. Model ilk dəfə 2017-ci ildə prototip kimi nümayiş etdirilib. Lakin avtomobilin satışa çıxarılması dəfələrlə təxirə salınıb. Yeni "Roadster"in alıcılara çatdırılmasının isə 2027 və ya 2028-ci illərdə başlanacağı gözlənilir. pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 02 Oktyabr 2026 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















