Icma.az
close
up
RU
Hamının ürəyincə olan qərarlar

Hamının ürəyincə olan qərarlar

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Neçə gün idi istər sosial şəbəkələrdə, istərsə də mətbuatda mövsümün sonunda elitanı neçə komandanın tərk edəcəyi, pley-offun olub-olmayacağı barədə müzakirələr gedirdi. Əksəriyyət pley-off variantının düzgün olmadığını, minimum 3 milyonluq büdcəyə malik Premyer Liqa klublarının heyət baxımından I Liqa təmsilçilərindən üstün olduğunu söyləyirdi. Bu cür düşünənlər nümunə kimi ölkə kubokunun ilkin mərhələsini göstərir, səviyyə fərqini qabardırdı.

Dünən nəhayət ki, qaranlıq məqamlara aydınlıq gəldi. AFFA İcraiyyə Komitəsinin iclasında yeni mövsümün formatı ilə bağlı yekun qərar qəbul olunub. Qərara görə, Premyer Liqanın sonuncusu istənilən halda I Liqaya düşəcək. Bu üzdən istər cari mövsümdə, istərsə də qarşıdakı illərdə turnir cədvəlinin alt pillələrində yer alan komandalar arasında ölüm-qalım savaşı gedəcək ki, bu da çempionata marağı bir qədər də artıracaq.

İcraiyyə Komitəsinin üzvləri bəlkə də son illərdə ən düzgün addımı atmaqla yadda qaldılar. Həm idman, həm də ədalət prinsipi qorundu. Buna görə futbolumuzun indiki başbilənlərini alqışlamaq olar.

12 komandalı çempionatın hansı formatda keçiriləcəyi də əsas müzakirə mövzularından biri idi. "6-lıq" keçilmiş yol olduğundan və "ikinci eşalonda" yer alacaq komandalara manevr imkanı yaratmamaq üçün  3-cü  dövrədə ev sahibinin püşk yolu ilə təyini mümkün variantlar arasında ən düzgünü idi.

I Liqada ilk 3 yeri tutan komandanın birbaşa Premyer Liqaya yüksəlməsi də təqdirə layiq addımdı. O başqa məsələ ki, hələ də I Liqada infrastruktur baxımından axsayan klublar var. İstisna kimi yalnız "Qəbələ"ni göstərmək olar. Ancaq istənilən halda ilk addım atılmalı idi. Bu prinsipə riayyət olunduqca isə, aşağı dəstə komandaları da peşəkarlıq baxımından Premyer Liqa səviyyəsinə çatacaq. Düzdü, buna bir neçə il lazımdı. Ancaq necə deyərlər, könülü balıq istəyənin quyruğu suda olmalıdı. Ölkədə futbolun ümumi səviyyəsini yüksəltmək naminə ilk vaxtlar bəzi çatışmazlıqları ötürmək mümkündü.

Eyni zamanda I Liqa və II Liqa ilə bağlı qərarlar da inkişafa yönəlmiş addım kimi qəbul olunmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri