Icma.az
close
up
RU
Hamısı PFL in işidir... Fotolar

Hamısı PFL in işidir... Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İstər yerli, istərsə də beynəlxalq futbol matçlarında dəfələrlə “topa ilk toxunuşu filankəs etdi” deməklə əksər hallarda futbolda önəmli rolu olmuş şəxsə də, matça da xüsusilik qatıldığını görmüşük. Bir toxunuşla nə dəyişər ki? Sual məntiqli, amma eyni zamanda da bağışlanmaz yükə malikdir. Futbolda bir toxunuşla tarixlər yazılıb, karyeralar bitib, ulduza dönüşülüb, həyatlar qaralıb. 

“Qafqazinfo” xəbər verir ki, ötən bazar Azərbaycan II Liqası çərçivəsində bir oyun – “Şəfa” – “Şahdağ Qusar” matçı oynanıldı. Premyer Liqanın boş tribunalarından gözü bozluq xəstəliyinə tutulan birinə əvvəlki cümlə 25 illik ipotekasının ilk ilində uzağı ikinci ayının pulunu ödəməsi xəbəri qədər təsirli ola bilərdi. Premyer Liqadan üzüaşağı gedildikcə klublarda xüsusən təşkilati baxımdan problemlərin sayının sürətlə üzüyuxarı getməsi az qala uşağa da sirr deyil. Amma bu dəfə elə olmadı. 

Kiçik bir toxunuş edildi. Edən də Peşəkar Futbol Liqası idi. 

Matçın bütün detalları – təhlükəsizlik, mətbuat nümayəndələrinin yerləşməsi, premyer liqa klublarının belə hələ də həll edə bilmədiyi jurnalistlərin internetlə ən yüksək səviyyədə təminatı, media sektorun səliqəli və mərkəzdə olması, II Liqada mətbuat katibi postu məcburi olmadığı üçün oyunsonrası mətbuat konfranslarının PFL-in media sahəsinə cavabdeh əməkdaşları vasitəsilə gerçəkləşdirilməsi və sairə.  

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun qəzadan sonra hələ də bərpa olmadığı sirr deyil. Amma bu halı ilə belə II Liqa matçını canlı izləməsi, başqa sözlə PFL komandasının başında olması özü bir liderlik göstəricisidir. 

Etiraf etməsələr də oyunun “İdman TV”də yayımlanmasında da PFL-in təşəbbüsü olmadığına məni kimsə inandıra bilməz. 

2000-ə yaxın qusarlı azarkeşin, ümumilikdə 5 minə yaxın tamaşaçının istədiyini alması, sonra da sağ-salamat, xətasız-bəlasız evinə yetişməsi hər zaman söz-söhbətdən uzaq, işləri ilə isə göz önündə olan bu adamların növbəti peşəkarlıq qələbəsi idi. 

Az qala hər yazarın mətnində nə zamansa Premyer Liqa səviyyəsinin aşağı liqalara daşınması arzusu olub. II Liqa təmsilçisi olmalarına baxmayaraq, bütün çatışmazlıqları ilə yanaşı istər “Şəfa”, istərsə də “Şahdağ Qusar” təşkilatçı qurumla birlikdə ortaya iş qoydular. İndiki adı ilə “ASK Arena”, bir zamanların “Şəfa” stadionunda  “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Neftçi” və digər mübarizələri havası döndü, millinin Serbiya və Çernoqoriya qalibiyyətindəki qələbəlik xatırlandı.  

PFL isə göstərdi ki, buradadırlar, sadəcə onlara qulaq asmaq, ya da ki yanlarında olmalarını xahiş etmək yetər. Onsuz da kiməsə əl açmayacaqlarını, əl tutacaqlarını ölkənin kiçik futbol camiəsində hər kəs bilir.









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri