Icma.az
close
up
RU
Hamıya 1500 2000 manat maaş vermək mümkün deyil Emin Əmrullayev

Hamıya 1500 2000 manat maaş vermək mümkün deyil Emin Əmrullayev

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“2011-ci ildən başlayaraq müəllim əməkhaqqısı hər il orta hesabla 10 faiz artmaqda davam edib və bu il bir qədər də yüksək bir göstərici, yəni sentyabr ayında — 2026-cı ilin sentyabr ayına olan proqnozları nəzərə alsaq. 2011-ci ildən 2026-cı ilə qədər baxsaq, bu 15 illik dövr ərzində sistem əsaslı şəkildə, düşünürəm ki, bir yerdən başqa bir yerə gəlmişdir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev dedi.

“Təbii ki, bizim də istəyimiz ondan ibarətdir ki, müəllim əməkhaqqısı ən yüksək məbləğlərdə qorunsun, amma bunun üçün həm obyektiv, həm subyektiv məqamları düşünmək lazımdır. Əsasən problem nədən ibarətdir? Yəni bu ümumi bir mənzərədir və nəticələrimizdən biri odur ki, müəllim əməkhaqqısı artır. Məqsədlərimizdən üçüncüsü ondan ibarətdir ki, müəllim əməkhaqqısı diferensiallaşmış şəkildə artır.

Yüksək nəticə göstərmiş müəllimimizin maaşı nisbətən aşağı nəticə göstərən müəllimimizin maaşından daha yuxarıdır. Nəticəsi aşağı olan və yaxud hələ ki sertifikatlaşdırmada iştirak etməmiş müəllimimizin maaşı əsaslı şəkildə ondan fərqlənir. Diferensiallaşmış əməkhaqqı bu deməkdir. Çünki əvvəlki dövrdə fərq yox idi, hamı eyni miqdarda alırdı, praktik olaraq. Bu prosesin başlanğıcıdır. İnancım ondan ibarətdir ki, növbəti illərdə bu proses bir az da genişlənəcək”.

Nazir vurğuladı ki, bizim məktəb sistemimizdə, idarəetmə sistemimizdə, təhsil sisteminin idarə olunmasında böyük problem müəllim maaşının saat hesabı verilməsidir:

“Yəni müəllim maaşını əgər saat hesabı verəcəyiksə, onu əsaslı şəkildə artırmaq çətin olacaq. Niyə görə? Çünki bu, riyazi olaraq çətindir. Məsələn, bizim elə 1 faizə yaxın, 31–34 saat dərs deyən müəllimlərimiz var. 34 saat dərs deyən müəllimimizin maaşı 1500–2000 manat arasında dəyişir. Bizim belə müəllimlərimizin sayı 4228 nəfərdir. Göründüyü kimi, 1 nəfər, 2 nəfər, 5 nəfər deyil, kütləvi xarakter daşıyır. Amma problem ondan ibarətdir ki, bütün müəllimlər 31 saat dərs deyə bilərmi? Yox. Bizim təhsil sistemimizdə o qədər saat yoxdur.

Deməli, hamı 31 saat və yaxud 30 saat dərs deyə bilmirsə, nəzəri olaraq hamıya 1500–2000 manat verə bilməyəcəyik. Çünki bu 1500–2000 manatın arxasında duran əsas şərt 31 saat dərs deməkdir. Bu saat hesabı məsələsi bundan ibarətdir. Yəni faktiki olaraq 1500 manat alan qrup isə həftədə təxminən 25 saat dərs deyir”.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri