Hannover hava limanı dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Berlin, 27 dekabr, AZƏRTAC
Almaniyanın Hannover şəhərinin hava limanı pilotsuz uçuş aparatlarının (PUA) müşahidə olunması ilə əlaqədar müvəqqəti olaraq bağlanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar hava məkanı saat 21:47-dən 00:16-dək qapadılıb və bu müddətdə yeddi reysə məhdudiyyət tətbiq olunub. Bir sıra təyyarələr Paderborn, Bremen, Düsseldorf və Frankfurt hava limanlarına yönləndirilib.
Məhdudiyyətlər nəticəsində iki uçuş üzrə Hannoverə eniş baş tutmayıb və bu gün üçün planlaşdırılan uçuşlar yerinə yetirilməyib. Bu səbəbdən Frankfurt və Paris istiqamətlərində reyslər ləğv edilib.
Hadisə ilə bağlı rəsmi qaydada ətraflı məlumat verilməsə də, yerli mətbuat əvvəlcə təxminən 80 metr hündürlükdə dronun, daha sonra isə azı iki PUA-nın hava limanı istiqamətində hərəkət etdiyini bildirib.
Hannover hava limanı oxşar səbəbdən noyabrda da qısa müddətə bağlanmışdı.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 27 Dekabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















