Icma.az
close
up
RU
Hansı daha sərfəlidir: İpoteka, güzəştli ipoteka, kirayə mənzil

Hansı daha sərfəlidir: İpoteka, güzəştli ipoteka, kirayə mənzil

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mənzil sahibi olmaq hər kəsin arzusudur. Ölkəmizdə mənzil əldə etmək üçün təklif olunan mexanizmlərin isə sayı artır.

Bəs, bu mexanizmlərdən hansı daha sərfəlidir?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə iki növ kredit təklif olunur:

"Bunlar güzəştli ipoteka və adi ipotekadır. Güzəştli ipoteka illik 4% dərəcəsi ilə yalnız müəyyən kateqoriyadan olan şəxslərə verilir. Adi ipoteka isə hər kəs üçün əlçatandır və olan bu kreditin illik faiz dərəcəsi 8% təşkil edir".

Vurğulayıb ki, mənzil əldə etməyin digər yolu olan "satmaq öhdəliyi ilə kirayə" mexanizmi əsasən ilkin ödəniş üçün tələb olunan 15%-i ödəyə bilməyən şəxslərə sərf edir. Kirayə mexanizmi ilə mənzillər yalnız Fondun əldə etdiyi konkret binalarda və məhdud ərazilərdə mövcuddur:

"Bu üsulda ipoteka üçün tələb olunan 15%-lik ilkin ödəniş tələb olunmur. Vətəndaş birbaşa aylıq kirayə haqqı ödəyərək mənzildə yaşamağa başlayır".

Ekspert nəzərə çatdırıb ki, burada ödənişlərin dayandırılması zamanı ciddi problemlər yaranır:

"Məsələn, 20 illik müqaviləniz varsa və siz 19-cu ildə ödənişi dayandırsanız, indiyə qədər ödədiyiniz heç bir vəsait geri qaytarılmır. Bu, vətəndaşlar üçün ciddi maliyyə itkisi riskidir".

Onun sözlərinə görə, qiymətlər bazar qiymətindən bir qədər yuxarıdır. Əlavə edib ki, bunun səbəbi son illərdə kirayə qiymətlərinin normadan artıq bahalaşmasıdır:

"Gələcəkdə kirayə qiymətləri düşərsə, bu mexanizm daha sərfəli ola bilər. Hazırda isə bazar qiymətləri ilə müqayisədə bir qədər yuxarıdır".

Sonda bildirib ki, dəqiq şərtlərlə bağlı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytındakı qaydalarla tanış olmaq məsləhətdir.

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Fevral 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri