Hansı fermerlər məhsul şəhadətnaməsi buraxa bilər? İZAH
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu, “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa biləcəklər.
Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxır və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyırlar.
Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi dəyişdikdə məhsul şəhadətnaməsi üzrə hüquq və vəzifələr yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə keçir. Torpaq sahəsinin belə yüklülüyü barədə borclu yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə məlumat verməyə borcludur.
Torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi dəyişdikdə borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisinə torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisinin dəyişməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə 10 gün müddətində məlumat verməlidir.
Heyvandarlıq sahəsində məhsul şəhadətnaməsini mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı heyvanları olan şəxslər buraxa bilərlər.
Layihə Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Könül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















