Hansi Flik: Realı 4:0 məğlub etdiyimiz matçdakı planın eynisini tətbiq etməyə çalışacağıq
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Barselona" İspaniya Super Kubokunun final matçı çərçivəsində "Real"la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flik oyundan öncə açıqlama verib. Almani mütəxəssis "Real"In La Liqada məğlub etdikləri qarşılaşmanın taktikasına sadiq qalacaqlarını bildirib:
"Real"ı La Liqada 4:0 hesabı ilə məğlub etdiyimiz matçdakı planın eynisini meydanda tətbiq etməyə çalışacağıq. Oyun tərzimizin dəyişəcəyini düşünmürəm. Eyni fəlsəfəyə sadiq qalacağıq. Bu, "Barselona"nın baş məşqçisi kimi ilk fınalım olacaq. Amma daha əvvəl bir neçə final matçı oynamışam. Start heyəti barədə danışa bilmərəm".
Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçiriləcək "Real" - "Barselona" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















