Hansi Flikdən sürpriz tələb “Barselona” Kenan Yıldızın dalınca
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Barselona”nın baş məşqçisi Hansi Flik rəhbərliyə xüsusi istək bildirib.
Fanat.Az xəbər verir ki, ispan mətbuatında yer alan məlumatlara görə, Flik “Yuventus”un gənc hücumçusu Kenan Yıldızın transfer edilməsini istəyib.
Məlumatı Fichajes yayıb.
Xəbərdə bildirilir ki, türkiyəli futbolçu Flikin gələcək planlarının mərkəzində dayanır. Alman mütəxəssis Kenanı həm hücum xəttində alternativ, həm də uzunmüddətli perspektiv üçün əsas oyunçu kimi görür.
Kenan Yıldız son mövsümdə “Yuventus”da göstərdiyi performansla Avropa nəhənglərinin diqqətini üzərinə çəkib. Onun texniki bacarıqları və meydandakı çevikliyi “Barselona” rəhbərliyini də hərəkətə keçirib.
Türk futbolçunun “Yuventus”la müqaviləsi davam etsə də, gənc yaşda göstərdiyi oyun Kataloniya təmsilçisinin onu ciddi şəkildə gündəminə gətirməsinə səbəb olub.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 Sentyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















