Icma.az
close
up
RU
Hansi Flikin “Barselona”da detallara verdiyi xüsusi diqqət açıqlanıb

Hansi Flikin “Barselona”da detallara verdiyi xüsusi diqqət açıqlanıb

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi Hansi Flik iş metodları, intizam tələbləri və detallara həssas yanaşması ilə tanınır və o, komandada hər prosesin maksimum peşəkarlıqla icra edilməsinə ciddi nəzarət edir.

İdman.Biz xəbər verir ki, “Sport” nəşri alman mütəxəssisin “Barselona”ya gəldiyi gündən etibarən xüsusilə La Masianın gənc futbolçularının inkişaf trayektoriyasına diqqət yönəltdiyini yazıb. Son aylarda birinci komandanın məşqlərində 20-30 arası müxtəlif yaş qrupundan olan La Masia oyunçularının iştirak etməsi bunun ən bariz nümunəsidir.

Flik təkcə 16, 17 və 18 yaşlı futbolçulara böyük komanda ilə işləmək imkanı verməklə kifayətlənmir, həm də onların profillərini şəxsən izləyir və meydanda real vəziyyətdə görmək istəyir. Flik artıq bir mövsüm yarım ərzində birinci komanda ilə müəyyən dövr təmasda olmuş La Masia futbolçularını xüsusi olaraq monitorinq edib. Bu səbəbdən həmin oyunçular ikinci komandaya qayıtdıqda da məşqçinin diqqətindən kənarda qalmır. Ötən mövsüm “Barselona Atletik”ə qayıdandan sonra Serci Dominqes bir neçə dəfə Flik tərəfindən yenidən dəvət olunmuşdu. Eyni yanaşma hazırda zədələnmiş Xavi Espartla, eləcə də Toni və Gileyə qarşı göstərilir.

Klub son dövrdə bu prosesə daha çox diqqət ayırır. Çünki Pau Kubarsi, Lamin Yamal və Bernal kimi oyunçuların 16-17 yaşında birinci komandaya yüksəlməsi və orada möhkəmlənməsi həm valideynlər, həm agentlər, həm də futbolçular üçün riskli presedent yarada bilər. Çünki bu yaşda “Barselona” kimi klubda möhkəmlənmək qeyri-adi hadisədir və hər istedadın inkişaf yolu müəyyən mərhələlərdən ibarətdir. Oyunçular bəzən birinci komanda ilə məşq edir, hətta debüt edir, sonra isə yenidən gənclər komandasına qayıtmalı olurlar - bu da prosesin təbii hissəsidir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri