Icma.az
close
up
RU
Hansı halda adımızı dəyişə bilərik? VİDEO KONKRET

Hansı halda adımızı dəyişə bilərik? VİDEO KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi hallarda valideynlər övladlarına onların gələcəyini düşünmədən uğursuz adlar qoyurlar. Yaxşı ad seçimi isə valideynin övladına ən gözəl hədiyyəsidir.

Adlarımız həyatımız boyu ən çox eşitdiyimiz sözdür. Bu sözün yaxşı səslənməsi, müsbət aura yaratması çox önəmlidir. Əslində, övladlarımıza verdiyimiz adlar valideynlərin gələcəkdə onların taleyini necə görmək arzusunun təzahürüdür. Bugünkü dövrümüzdə adlarını dəyişmək arzusunda olanlar da az deyil. Qanunvericiliyə əsasən, 18 yaşı tamam olan hər bir vətəndaş öz adını, ata adını və soyadını dəyişdirə bilər.

Bəs görəsən, insanlar ad dəyişiminə necə münasibət bildirirlər?

“Elə adlar var ki, doğrudan da dəyişdirilməlidir. Bəzi cavanlar onlara qoyulan ada görə utanırlar. Bir də uşaqlara qısa ad qoymaq lazımdır ki, çağıranda qısaltmasınlar”, – Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı sakin deyib.

Sosioloq Yusif Nəbiyev isə insanların adlarını dəyişmək səbəblərinin müxtəlif olduğunu söyləyib:

“İlk ağla gələn səbəb insanın öz adını bəyənməməsidir. Bəzən uşaqlara Xətkeş, Traktor kimi anormal adlar qoyurlar. Onlar da öz adlarını dəyişmək istəyirlər. Mənfi kredit tarixçəsi olan şəxslər də adlarını dəyişə bilirlər ki, bankda qara siyahıdan çıxsınlar”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, vətəndaş ərizə ilə müraciət etməlidir. Ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi, şəxs nikahdadırsa, nikah haqqında şəhadətnaməsi, şəxsin nikahı pozulubsa, pozulması haqqında şəhadətnamə, şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum haqqında şəhadətnamələri, şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti, hərbi biletin notarial qaydada təsdiq edilən surəti, 3×4-ə ölçüdə 2 ədəd fotoşəkil və rüsumun ödənilməsinə dair sənədləri olmalıdır.

“Dövlət rüsumu haqqında” Qanuna əsasən adın, soyadın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə dövlət rüsumu 15 manatdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri