Icma.az
close
up
RU
Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

Əli Əsədov xatırladıb ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təqribən 14 milyard ABŞ dolları və yaxud 20 % artaraq 85 milyard ABŞ dollarını keçib:

"Bu, ÜDM-dən 12 % çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfəyə qədər üstələyir”.

Ümumiyyətlə, hər bir ölkədə strateji valyuta ehtiyatları hansı hallarda istifadə olunur?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov "Cebheinfo.az”-a şərhində qeyd edib ki, hər bir ölkədə strateji valyuta ehtiyatları əsasən maliyyə-iqtisadi və fövqəladə hallarda istifadə olunur:

"Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildən bu yana, həqiqətən gözə çarpacaq şəkildə artıb. Mərkəzi Bank və Dövlət Neft Fondunun aktivləri təqribən 85 milyard dolları keçib. Strateji valyuta ehtiyatları adətən bir sıra məqsədlər üçün istifadə olunur.

Valyuta bazarında müəyyən problemlərin yarandığı təqdirdə valyuta ehtiyatlarından istifadə edilə bilər. Xüsusilə, manatın dollara qarşı 1 manat 75 qəpik civarında saxlanılması üçün bu üsuldan istifadə olunub.

Eyni zamanda, maliyyə-iqtisadi böhran və fövqəladə hallarda, xarici borcların bağlanılmasında valyuta ehtiyatlarından istifadə olunur. Hətta banklar likvidiklik promlemini həll etmək üçün valyuta ehtiyatlarına baş vura bilər. Azərbaycanda bu məsələ yetərincə sığortalanıb.

Hesab edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə düzgün şəkildə riskləri hesablayaraq nəzarət tədbirlərini həyata keçirib. Nəticə etibarı ilə Mərkəzi Bank və Dövlət Netf Fondunun strateji valyuta ehtiyatları – ikisi birlikdə 91 milyard dollara çatıb”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Mart 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see334

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see296

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see287

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see286

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see278

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see272

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see268

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see258

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see237

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see235

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see229

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri