Icma.az
close
up
RU
Hansı həkimlər hansı xəstəlikləri müalicə edir

Hansı həkimlər hansı xəstəlikləri müalicə edir

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bir çox hallarda orqanizminin fəaliyyətində müxtəlif pozulmalarla üzləşən insan hansı həkimə müraciət edəcəyini bilmir.

Bu səbəbdən insan həkimləri "gəzməyə" başlayır ki, nəticədə qiymətli vaxt itkisi baş verir. Nəhayət lazım olan mütəxəssisə düşdükdə məlum olur ki, xəstəlik artıq ağırlaşıb.

Ali tibbi təhsili olmayan insan xəstəliyin simptomlarını ayırd edə bilməz və, təbii ki, xəstəliyin dəqiq (hətta təxmini) diaqnozunu qoya bilməz. Bir çox xəstəliklərin simptomları bir birinə bənzəyir, bəzən hər hansı bir xəstəlik özünün ilk baxışdan bu xəstəliyə uzaq olan simptomlarla büruzə verir. Məsələn, insanda öskürək ürəkdə olan problemlərlə bağlı ola bilər, bəzi göz xəstəlikləri baş ağrıları ilə müşayiət olunur, nevroz zamanı insanda müxtəlif orqan və sistemlərinin xəstəliklərinə bənzər simptomlar meydana çıxa bilər və s.

Bir çox hallarda səhhətlə bağlı hər hansı narahatçılıq hiss etdikdə ilk növbədə terapevtə müraciət etmək lazımdır. Lazım olan müayinə və analizlərdən sonra terapevt xəstəni digər mütəxəssislərin müayinələrinə göndərə bilər. Bir çox ölkələrdə ailə həkimləri var. Belə həkimlər ailələrə tibb nəzarət edirlər. Bu həkimlərə bütün ailə üzvləri səhhətlərində istənilən pozulma olduqda müraciət edir.

Lakin bəzi hallarda xəstə özündə müəyyən xəstəliyin simptomlarını hiss etdikdə məhz konkret bir xəstəliklər üzrə ixtisaslaşdırılmış həkimə müraciət edir.

Beləliklə, kim bizi müalicə edir?

Allerqoloq - müxtəlif növ allergiyalar (qida, müxtəlif maddələr, toz və s.) üzrə mütəxəssis.

Anestezioloq - cərrahiyyə əməliyyatları, ağır travmalar, şok vəziyyətləri və s. hallarda anesteziya (ağrısızlaşdırma, narkoz) ilə bağlı bütün məsələlərlə məşğul olur.

Qastroenteroloq - bütün mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və 12-barmaq bağırsağı xorası, öd daşı xəstəliyi, pankreatit, disbakterioz və s.) mülicə edir.

Proktoloq - düz bağırsaq və anus xəstəliklərini (babasil, qəbizlik, ishal, kolit, paraproktit, düz bağırsağı polipləri, meqakolon və s.) müalicə edir.

Hepatoloq - qara ciyər xəstəliklərinin (hepatitlər, qara ciyər sirrozu və s.) müalicəsində ixtisaslaşdırılmış həkim.

Ginekoloq - qadın cinsiyyət sistemi xəstəliklərini müalicə edir.

Mama-ginekoloq - hamilə qadının sağlamlığı və hamiləliyin inkişafı ilə bağlı olan bütün məsələlərlə məşğul olan həkim.

Mammoloq - süd vəzi xəstəliklərinin (mastit, mastopatiya, kistalar, şişlər və s.) müalicəsində ixtisaslışdırılmış həkim.

Hematoloq - qan və qanyaratma sistemi xəstəliklərini və patologiyalarını (anemiyalar, hemofiliya, trombositopeniya və s.) müalicə edir.

Genetik - genlərlə bağlı olan müxtəlif xəstəlikləri və pozulmaları (Daun sindromu, fenilketonuriya, mukovissidoz, Edvards sindromu, Patau sindromu, Marfan sindromu və s.) araşdıran və müalicə edən həkim.

Gerontoloq - yaşlı insanların sağlamlığı ilə bağlı olan məsələlərlə (demensiya, osteoporoz və s.) məşğul olan mütəxəssis.

Dermatoloq - dəri xəstəliklərini (civzələr, ekzema, vitiliqo, dəmrov, qotur, piodermiya və s.) müalicə edən həkim.

Trixoloq - saç və baş dərisinin xəstəlikləri və pozulmaları ilə (keçəlləşmə, kəpək, saşların zəif olması və s.) məşğul olan həkim.

Ortoped - sümük-əzələ sistemi xəstəlikləri (yastıpəncəlik, əyriboyunluq, oynaq xəstəlikləri və patologiyaları, skolioz, ətrafların deformasiyaları və s. ) müalicə edir.

Ortodont - ağızda dişlərin vəziyyətinin və yerləşməsinin patologiyalarını müalicə edən həkim.

Reanimatoloq - ən ağır vəziyyətlərdə (ürəyin dayanması, kliniki ölüm, suda boğulma, elektrotravma və s.) xəstənin həyatının xilas etməsi ilə məşğul olan həkim.

Travmatoloq - travmalar və travmalardan sonra inkişaf edən sindromların (sınıqlar,oloq - yenodoğulmuş uşaqlar üzrə mütəxəssis. Uşaq doğularkən səhhətini frivə inkişafını qiymətləndirir, anadangəlmə xəstəlikləri və pozulmaları () müalicə edir.

Endokrinoloq - əndokrin sistemi xəstəliklərini ("zob" xəstəliyi, şəkərli diabet, hiperprolaktinemiya və s.) müalicə edən həkim.

Uroloq - qadınlarda sidik ifrazatı sistemi (böyrəklər, sidik kisəsi, sidik yolları, uretra), kişilərdə - sidik ifrazatı sistemi və cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, varikosele və s.) və kişi sonsuzluğunu müalicə edir.

Nefroloq - böyrək xəstəliklərini və patologiyalarını (qlomerulonefrit, böyrək daşı xəstəliyi, pielonefrit, nefrit, xroniki böyrək çatışmazlığı və s.) müalicə edir.

Androloq - kişi cinsiyyət sistemi xəstəliklərini (prostatit, prostatın adenoması, impotensiya və digər ereksiya pozulmaları, kişi sonsuzluğu və s.) müalicə edir.

İnfeksionist - infeksion xəstəliklərini (dizenteriya, quduzluq, tetanus, botulizm, bruselyoz, gənə ensefaliti, virus hepatitləri və s.) müalicə edir.

Pulmonoloq - nəfəsalma orqanlarının xəstəliklərini (traxeit, bronxit, pnevmoniya, bronxial astma, plevrit və s.) müalicə edir.

Ftiziatr - vərəm xəstəliyinin müxtəlif növlərinin (dəri vərəmi, cinsiyyət orqanlarının vərəmi, bağırsaq vərəmi və s.) diaqniostikasında və müalicəsində ixtisaslaşdırılmış həkim.

Otolorinqoloq (LOR) - müxtəlif qulaq, burun və boğaz xəstəliklərini (tonzillit, faringit, laringit, otit, haymorit, frontit və s.) müalicə edir.

Fleboloq - damar xəstəliklərinin müalicəsində (varikoz xəstəliyi, tromboflebit və s.) ixtisaslaşdırılmış həkim.

İmmunoloq - immun sisteminin pozulmalarını (immunodefisitlər, allegik xəstəliklər və s.) müalicə edir.

Reproduktoloq - qadın və kişi reproduktiv sistemi pozulmalarının (sonsuzluq, hamiləliyin sona qədər çatdırılmaması halları, inkişafdan qalmış hamiləlik və s.) müalicəsi. Əkstrakorporal mayalanma üsullarının həyata keçirilməsi.

Parazitoloq - müxtəlif qurdlar və birhüceyrəli canlılar tərəfindən törədilən xəstəliklərini  (askaridioz, lyamblioz, xlamidioz, opistorxoz, exinokokkoz və s.) müalicə edir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri