Icma.az
close
up
RU
Hansı hibrid avtomobillər vergiddən azaddır?

Hansı hibrid avtomobillər vergiddən azaddır?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın avtomobil bazarında hibrid modellərin sayı sürətlə artır. 

Son beş ildə (2020-2024) idxal edilən hibrid avtomobil sayının bir neçə dəfə artması ölkəmizin avtomobil parkında hibrid modellərinin sayının kəskin dəyişməsinə səbəb olub. Yüksək artım hesabına artıq idxal edilən hər 5 minik avtomobilindən biri hibriddir. 

Sfera.az xəbər verir ki, 2020-ci ildə ölkəmizə 5 080 ədəd hibrid avtomobili gətirilmişdi. İdxal edilən hibrid avtomobillərin sayı 2021-ci ildə 12 936 ədədə, 2023-cü ildə 14 098 ədədə, 2024-cü ildə 26 197 ədədə yüksəlib.

2020-2024-cü illərin müqayisəsi göstərir ki, ölkəmizə hibrid avtomobillərin idxalı 5,15 dəfə artıb. Ötən il Azərbaycana idxal edilən hər 100 minik avtomobilinin 32-si hibrid olub. Azərbaycanda hibrid avtomobil alışının artması bir neçə səbəblə bağlıdır. Birinci səbəb dünyada hibrid avtomobil istehsalınn artmasıdır. İri şirkətlər hibrid modellərin istehsal sayını artırır və idxalçılar da məcbur olub hibrid avtomobillər idxal edirlər. Bu hal hibrid avtomobillərin idxalı ilə bağlı ümumi səbəbləri formalaşdırır. Digər ümumi səbəb hibrid avtomobillərin yanacaq xərclərinin aşağı olmasıdır. Hibrid modellər benzin və dizel modellərlə müqayisədə 25-30 faiz az yanacaq işlədir. 

Azərbaycana hibrid avtomobil idxalının artmasının xüsusi səbəbləri də var. Hibrid avtomobillərə tələbin artmasının xüsusi səbəbi onların idxalının ucuz başa gəlməsidir. Hibrid avtomobillərinin mühərrikinin həcmi kiçik olduğundan idxal zamanı aksiz vergisi və ƏDV ödənişləri azalır.

Digər tərəfdən yeni istehsal edilən hibrid avtomobillərin idxalına müəyyən güzəştlər də var ki, bunun hesabına da hibrid avtomobillərin idxal qiyməti benzin və dizel avtomobillərdən daha ucuz olur. Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) 2022-ci il yanvarın 1-dən 4 il müddətinə azaddır. Məcəllənin bu tələbinə görə 2026-cı ilin yanvarına qədər idxal edilən yeni hibrid avtomobilləri (istehsalından 0-3 il keçənlər) ƏDV ödəmədən rəsmiləşdirilir. 

ƏDV güzəşti avtomobillərin qiymətinə ciddi təsir edir. Qeyd edək ki, ƏDV avtomobilin gömrük dəyəri, aksiz vergisi, gömrük rüsumu, eləcə də gömrük xidməti ilə bağlı xərclər toplandıqdan sonra yaranan cəmi məbləğdən tutulur. Məsələn, bir benzin avtomobilin cəmi məbləği 50 min manatdırsa ƏDV tətbiq edilənda daha 9 min manat pul ödənilir və ümumilikdə avtomobilin alış və gömrükdə rəsmiləşdirmə xərci 59 min manata yüksəlir. ƏDV tətbiq edilmədikdə isə avtomobilin alış və rəsmiləşdirmə xərci 50 min manat olur. Göründüyü ki, ƏDV-dən azad etmə hibrid avtomobillərinin qiymətinin benzin və dizel avtomobilləri ilə müqayisədə daha aşağı olmasına şərait yaradır.   

Bu səbəblərdən son illərdə hibrid avtomobillərin idxalı sürətlə artır və böyük ehtimalla növbəti illərdə minik avtomobillərinin idxalının yarısını hibrid avtomobilləri təşkil edəcək. 

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri