Hansı itlər uşaqlarla yola getmir? 12 cins açıqlandı
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mütəxəssislər bildirir ki, hər it cinsinin özünəməxsus xarakter xüsusiyyətləri var və ev heyvanı seçərkən ailənin həyat tərzi nəzərə alınmalıdır. “
Demokrat.az xəbər verir ki, "The Scotsman" nəşri uşaqlı ailələr üçün uyğun hesab edilməyən 12 it cinsinin siyahısını təqdim edib.
Veymaraner
İri ov iti olan veymaraner bəzən öz gücünü düzgün qiymətləndirmir və kobud oyunları sevir. Bu isə kiçik uşaqlar üçün təhlükəli ola bilər.
Çau-çau
Böyük və yumşaq görünsə də, çau-çau uşaqların səs-küyü və qaçışından əsəbiləşə, aqressiv reaksiya verə bilər.
Taksa
Taksa cinsi gözə zərərsiz görünsə də, davranışları bəzən gözlənilməz olur. Onların uşaqlara qarşı səbirsiz davrana və hətta dişləyə biləcəyi qeyd olunur.
Avstraliya çoban iti
Əvvəllər qoyun otarmaq üçün yetişdirilən bu cins heyvanların ayaqlarını çimdikləmə davranışı ilə seçilib. Kiçik uşaqların ətrafında da oxşar hərəkətlər edə bilər.
Pekines
Pekines uşaqların kobud davranışına və oyunu pozmasına qarşı həssasdır.
Akita
Ailəni qoruma instinkti güclü olan akitalar itələnməkdən və qıcıqlandırılmaqdan xoşlanmır. Hətta yeni doğulan körpəni təhlükə kimi qəbul edə bilər.
Qreyhaund
Bu cins sakitliyi sevir. Uşaqların davamlı səs-küyü və aktivliyi itdə stress yarada bilər.
Şi-tsu
Zərif quruluşa malik olan şi-tsular diqqətli münasibət tələb edir. Uşaqlar təsadüfən onlara xəsarət yetirə bilər.
Çihuahua
Kiçik ölçüsünə baxmayaraq, şəxsi məkanına müdaxilə olunduqda aqressiv reaksiya göstərə bilər. Ani hərəkətləri isə azyaşlı uşaqlar üçün problem yarada bilər.
Alyaska malamutu
Aktiv həyat tərzini sevənlər üçün uyğun olsa da, malamutlar tez darıxır və kobud oyunlara meyilli olur. Bundan başqa, yeməyinə qarşı qısqanclıq göstərə bilər.
Şarpey
Müstəqil xarakterə malik olan şarpey şəxsi sərhədlərinə hörmət edilməsini istəyir. Uşaqlar bunu nəzərə almadıqda aqressiv ola bilər.
Sibir haskisi
Haskilər enerjili və sərt oyunları sevən itlərdir. Uşaqlarla nəzarətsiz qalanda bu davranış problem yarada bilər.
Ekspertlər vurğulayır ki, hər bir itin davranışı təkcə cinsdən deyil, tərbiyə, sosiallaşma və yetişdirilmə şəraitindən də asılıdır.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Hansı itlər əsl ovçudurlar? “kəşfiyyatçı” 7 cins
06 Sentyabr 2025 13:18
Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
20 Noyabr 2026 12:12
Valideynlər uşaqlarla münasibətdə hansı səhvlərə yol verir?
28 Avqust 2026 17:43
İtlər balaca uşaqlarla niyə mehriban davranır?
20 Oktyabr 2025 11:14
“Hər hansı danışıqlar getmir” İrandan ABŞ yə təkzib
06 Avqust 2026 00:39
Baxış sayı:154
Bu xəbər 18 May 2026 16:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları