Icma.az
close
up
RU
“Hansı məqsədlə Qarabağ ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” Azər Bağırov

“Hansı məqsədlə Qarabağ ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” Azər Bağırov

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov

"Kəpəz" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "Sabah"a 0:1 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Mütəxəssis məğlubiyyətə baxmayaraq oyunçularının göstərdiyi mübarizəni yüksək qiymətləndirib:

"Futbolçularıma meydanda sona qədər döyüşdükləri üçün təşəkkür edirəm. Təəssüf ki, ani bir diqqətsizlik üzündən qapımızda qol gördük. Heyətdəki ən yaxşı oyunçularımızı meydana buraxmışdıq və bu qarşılaşma onlar üçün böyük bir təcrübə oldu. Həmçinin bu soyuq havada stadiona gələrək bizi tək qoymayan azarkeşlərimizə də dərin minnətdarlığımı bildirirəm".

A.Bağırov ötən mövsümlə cari ilin müqayisəsinə toxunaraq heyətdəki yerli futbolçu sayına diqqət çəkib:

"Əsas fərq ondan ibarətdir ki, ötən mövsüm heyətimizdə legionerlər daha çox idi. Digər klublarla müqayisə etsək, hazırda çempionatda ən az əcnəbi oyunçusu olan komanda bizik. Əlimizdəki imkanlarla ən yaxşısını etməyə çalışırıq. Məsələn, "Turan Tovuz"la matçda rəqib heyətində cəmi iki yerli futbolçu olduğu halda, bizdə bu rəqəm doqquz idi. Bugünkü "Sabah"la oyunda da elə bir məqam oldu ki, rəqib heyətində meydanda yerli oyunçu qalmadığı halda, biz yeddi azərbaycanlı futbolçu ilə mübarizə aparırdıq".

Baş məşqçi son vaxtlar tribunada səslənən qalmaqallı şüarlar və "Qarabağ" klubu haqqında verilən sualı belə cavablandırıb:

"Açığı, həmin şüarlar barədə məlumatım yoxdur. Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm. Bizim "Qarabağ"la nə bir ədavətimiz, nə də xüsusi rəqabətimiz var. Hesab edirəm ki, Avropadakı uğurlarına görə Azərbaycanda ən çox hörmət olunmalı klub varsa, o da məhz "Qarabağ"dır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 Fevral 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri