Hansı ölkə çempionatında ən bahalı futbolçular var?
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
İngiltərə futbol çempionatı hazırda 11,77 milyard avro dəyərində hesablanan oyunçuların ümumi dəyərinə görə dünyanın ən bahalı liqası kimi tanınır.
Lent.az bildirir ki, Sportingpedia dünyanın ən bahalı futbol liqalarını komandalarının ümumi bazar dəyərinə əsasən sıralayıb. İki əsas aspekt nəzərə alınıb: liqanın ümumi dəyəri və hər yarışda bir komandanın orta bazar dəyəri.
Bu nəticələrə əsasən İngiltərə çempionatı zirvəyə çıxıb. Premyer Liqa oyunçularının ümumi dəyəri 11,77 milyard avro olaraq qiymətləndirilib.
İkinci yerdə İspaniya La Liqasıdır (5,29 milyard avro), ilk üçlüyü isə İtaliya A Seriyası (5,07 milyard avro) tamamlayır.
Daha sonra Almaniya (4,48 milyard), Fransa (3,52 milyard), Braziliya (1,63 milyard), Portuqaliya (1,59 milyard), Hollandiya (1,28 milyard), MLS (1,24 milyard) və Türkiyənin (1,15 milyard) futbol çempionatları gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Fevral 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















