Hansı ölkədə orta əməkhaqqına daha çox ət almaq olur? Azərbaycan və İran sonuncudur
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında orta aylıq əməkhaqqına alına biləcək mal ətinin miqdarına görə ilk sırada İrlandiya, son sırada isə İran yer alır.
Yeniavaz.com “Numbeo”ya istinadən xəbər verir ki, İrlandiyada orta aylıq əmək haqqına 254 kiloqram, İranda isə 28 kiloqram mal əti almaq mümkündür.
Qeyd edək ki, İrlandiyada vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra insanların aldığı orta aylıq əməkhaqqı 3 min 594 dollar, İranda isə 255 dollar təşkil edir. Eyni zamanda İrlandiyada bir kiloqram mal ətinin orta satış qiyməti 14 dollar, İranda isə 9 dollara bərabərdir.
Məlumat üçün bildirək ki, Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında orta aylıq əmək haqqına alına biləcək mal ətinin miqdarına görə Azərbaycan yalnız İrandan öndədir. Azərbaycanda vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra insanların aldığı orta aylıq əmək haqqı 780 manat (458 dollar), mal ətinin bir kiloqramının orta satış qiyməti isə 17 manat (10 dollar) təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanda orta aylıq əmək haqqına 44 kiloqram mal əti almaq mümkündür.
Bu göstərici qonşu ölkələrdən Rusiyada 83 kiloqrama, Gürcüstanda 56 kiloqrama, Türkiyədə və Ermənistanda 53 kiloqrama, İranda isə 28 kiloqrama bərabərdir.
Cədvəldə Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra orta aylıq əməkhaqqı, bir kiloqram mal ətinin orta satış qiyməti və orta aylıq əmək haqqına alına biləcək mal ətinin miqdarı göstərilib:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Ölkədə saatlıq əməkhaqqına keçilir Nələr dəyişəcək
28 Aprel 2025 22:39
Azərbaycan saatlıq əməkhaqqına keçir
03 İyun 2025 14:10
Region ölkələrində orta aylıq əməkhaqqına neçə litr benzin almaq olur? Siyahı
19 Avqust 2025 15:32
Hansı ölkədə daha çox sənaye robotu var? Açıqlandı
29 Sentyabr 2025 12:50
Ukrayna Azərbaycan oyunu hansı ölkədə keçiriləcək? KONKRET
19 İyun 2025 17:07
Baxış sayı:86
Bu xəbər 30 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















