Icma.az
close
up
RU
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? Şərtlər açıqlandı

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? Şərtlər açıqlandı

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gün öncə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcəyi ilə bağlı məlumat yayılmışdı. Belə ki, Azərbaycan Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli bu sahədə əlçatanlığın artırılmasına yönəlmiş mühüm islahatdır.

“Qafqazinfo” xəbər verir ki, modelə əsasən, övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərin aylıq təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən maliyyələşdiriləcək. Bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin inkişafına da əlavə stimul verəcək.

Artıq Fərmanın icrası ilə bağlı zəruri tədbirlərə başlanılıb.

Bəs özəl bağçalar bu modeldən necə yararlana bilər?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məktəbəqədər təhsil sahəsində dövlət–özəl–valideyn əməkdaşlığı modeli çərçivəsində həyata keçiriləcək yeni mexanizmdən yalnız müəyyən tələblərə cavab verən özəl məktəbəqədər təhsil müəssisələri yararlana biləcək.

“Bunun üçün özəl məktəbəqədər təhsil müəssisəsinin müvafiq lisenziyaya malik olması, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulması və uşaq qəbulunu https://www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparması əsas şərtlərdəndir. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.

Bu baxımdan, özəl məktəbəqədər təhsil müəssisələrini qeyd olunan tələbləri təmin etməyə və proqramda iştirak üçün zəruri addımları vaxtında atmağa dəvət edirik. Bu, həm dövlət dəstəyindən faydalanmağa, həm də daha çox ailənin məktəbəqədər təhsilə çıxışına töhfə verməyə imkan yaradacaq.

Lisenziyası olan özəl məktəbəqədər təhsil müəssisələrinin müvafiq siyahısı ilə buradan tanış ola bilərsiniz”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam (https://nk.gov.az/az/senedler/serencamlar/mektebeqeder-tehsil-sahesinde-valideyn-dovlet-ozel-9588) imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyul 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri