Hansı paylaşımlar qanunsuz sayılır? 2 000 manatadək cərimələnə bilərsiz
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələrdə paylaşılan bir çox məzmun qanunvericilik baxımından məsuliyyət yarada bilər. Bəs bu paylaşımlar hansılardır?
Vəkil Fəxri İsmayılov bildirir ki, yayılması qadağan olunan məzmunlara terrorçuluğun maliyyələşdirilməsi və təbliği, dövlət sirri təşkil edən məlumatlar, zorakılığın və dini ekstremizmin təşviqi, odlu silahların hazırlanması üsulları, narkotik və psixotrop maddələrin əldə edilməsi ilə bağlı məlumatlar, pornoqrafik materiallar və onların yayılması, ictimai mənəviyyatı təhqir edən, milli-mənəvi dəyərlərə zidd məzmunlar daxildir.
Onun sözlərinə görə, bu kimi paylaşımlar hüquqi məsuliyyətə səbəb olur və fiziki, hüquqi, eləcə də vəzifəli şəxslər üçün müxtəlif məbləğlərdə cərimələr nəzərdə tutulur.
Müvafiq qanunvericiliyə əsasən, bu cür paylaşımlara yol verən fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimələnə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 05 Aprel 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















