Hansı rayonda əhali nə qədər qaz istehlak edib? Tam siyahı
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan əhalisi il ərzində ümumilikdə 4 milyard 40,3 milyon kub metr təbii qaz istehlak edib.
Yeniavaz.com xəbər verir ki, əhalinin ümumi sayı 10 milyon 224,9 min nəfər təşkil edib və bu göstəricilərə əsasən, bir nəfərə düşən illik təbii qaz istehlakı orta hesabla 395 kub metr olub.
Qeyd edək ki, ən çox qaz istehlakı Naftalan şəhərində qeydə alınıb. Burada hər bir sakinə orta hesabla 1244 kub metr qaz düşüb. İkinci yerdə Abşeron rayonu (721,6 kub metr), üçüncü yerdə isə Bakı şəhəri (634 kub metr) qərarlaşıb. Bunkardan başqa yüksək istehlak səviyyəsi Göygöl rayonu (534,6 kub metr), Gəncə şəhəri (441,6 kub metr) və Qəbələ rayonunda (414,5 kub metr) müşahidə olunub.
Ən az qaz istehlak edən rayon isə Cəbrayıl olub. Burada bir nəfərə düşən illik təbii qaz istehlakı cəmi 2,7 kub metr təşkil edib. Xocalı (12,8 kub metr), Laçın (28,9 kub metr), Xankəndi (45,5 kub metr) və Yardımlı (67,9 kub metr) rayonları da ən aşağı göstəricilərə malik bölgələr sırasındadır.
Naxçıvan Muxtar Respublikasında bir nəfərə düşən qaz istehlakı 270 kub metr olub ki, bu da ölkə üzrə orta göstəricidən aşağıdır.
Ümumilikdə isə Naftalan şəhəri ilə Cəbrayıl rayonu arasında bir nəfərə düşən qaz istehlakı baxımından təxminən 460 dəfə fərq var.
Onu da qeyd edək ki, 7 rayonda – Ağdərə, Xocavənd, Şuşa, Kəlbəcər, Qubadlı və Zəngilanda təbii qaz istehlakı qeydə alınmayıb.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Hansı rayonda nə qədər işsiz var? Tam siyahı
20 Fevral 2025 19:00
Hansı rayonda nə qədər əmək haqqı verilir? Tam siyahı
24 Noyabr 2024 16:45
Azərbaycanda hansı rayonda nə qədər əməkhaqqı verilir? Tam siyahı
15 Avqust 2025 17:12
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? Tam siyahı
18 Avqust 2025 13:02
Azərbaycanda hansı rayonda nə qədər boşanma olub? Tam siyahı
19 Noyabr 2024 17:32
Baxış sayı:50
Bu xəbər 12 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















