Icma.az
close
up
RU
Hansı rayonlarda peşə məktəbləri tikiləcək? ADLAR AÇIQLANDI

Hansı rayonlarda peşə məktəbləri tikiləcək? ADLAR AÇIQLANDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda peşə təhsili sisteminin inkişafı ilə bağlı yeni addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2026-2030-cu illəri əhatə edən dövrdə müasir standartlara uyğun 21 yeni peşə məktəbinin inşası nəzərdə tutulur. Sənəddə həmçinin 2 mövcud peşə təhsili müəssisəsinin əsaslı təmirinin təmin edilməsi də nəzərdə tutulur.

Bu xüsusda, əsasən hansı bölgələrimizdə belə peşə təhsil müəssisələrinin tikintisinə, eləcə də yeni tikiləcək peşə təhsil müəssisələrində hansı ixtisasların tədrisinə ehtiyacın olması məsələsi gündəmə gəlir.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin peşə təhsili sisteminin inkişafı ilə bağlı imzaladığı yeni Sərəncam, sadəcə təhsil infrastrukturu ilə bağlı qərar deyil:

“Sərəncam Azərbaycanın regional inkişaf strategiyasının, sənayeləşmə xəttinin və insan kapitalının gücləndirilməsi prosesində yeni mərhələ hesan oluna bilər. 2026-2030-cu illərdə 21 yeni peşə məktəbinin tikilməsi ölkənin hər bir iqtisadi zonasının spesifik tələblərinə uyğun kadr hazırlığını təmin edilməsinə yönəlib”.

Deputat bildirib ki, yeni peşə təhsili müəssisələrinin yerləşdirilməsi zərurəti daha çox Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özünü göstərir:

“Bərpa prosesinin miqyası, infrastruktur layihələrinin həcmi, tikinti, logistika, enerji, aqrar istehsal kimi sahələr üzrə kadr çatışmazlığı bu ərazilərdə lokal peşə hazırlığına böyük ehtiyac yaradır. Eyni zamanda Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Lənkəran-Astara, Quba-Xaçmaz və Şəki-Zaqatala zonalarında mövcud sənaye potensialın genişlənməsi, aqrar emal sahələrinin artması və turizm potensialının yüksəlməsi bu bölgələrdə də yeni peşə məktəblərinin açılmasını zəruri edir. Naxçıvan da sərhəd ticarəti, logistika və sənaye parkının inkişafı baxımından peşəkar mütəxəssislərə artan tələbatla üzləşir”.

E.Mirzəbəyli eyni zamanda təmsil etdiyi Ağsu rayonunun adının vurğulanmasının da tamamilə əsaslı olduğunu diqqətə çatdırıb:

“Ağsu coğrafi-strateji mövqeyinə, logistika imkanlarına və iqtisadi diversifikasiya potensialına görə mərkəzi rayonlardan biridir. Rayon həm Şamaxı–İsmayıllı turizm marşrutunun, həm də Cənub və Aran bölgələrinə açılan nəqliyyat qovşağının üzərində yerləşir. Son illərdə Ağsuda kənd təsərrüfatının, xüsusilə bağçılığın, üzümçülüyün, taxılçılığın genişlənməsi müasir aqrotexniki biliklərə malik kadrlara ehtiyacı artırıb. Regionda texniki sahələr üzrə mütəxəssis qıtlığı həm istehsal prosesində, həm də kənd təsərrüfatı avadanlıqlarının təmiri və istismarında problemlər yaradır. Bununla yanaşı, Ağsu və ətraf rayonların gənc əhalisinin say baxımından artması, lakin yüksək ixtisaslı işçi qüvvəsinin regiondan kənara axını burada yerli peşə təhsil müəssisəsinin yaradılmasını daha da zəruri edir. Ağsuda açılacaq müasir peşə məktəbi həm regional əmək bazarını, həm də Şamaxı, Qəbələ, Kürdəmir və Göyçay kimi qonşu rayonları əhatə edən daha geniş bir iqtisadi zolağın kadr tələbatını qarşılaya bilər. Bu məktəb turizm-servis, aqrotexnologiya, logistika, elektrik təsərrüfatı, avtomatlaşdırma, yol-infrastruktur xidmətləri və xidmət sektoru üzrə müasir ixtisasların tədrisi baxımından real ehtiyaclara cavab verə bilər”.

Deputat həmçinin vurğulayıb ki, yeni tikiləcək peşə məktəblərində ixtisasların müəyyənləşdirilməsi isə ölkənin iqtisadi modelində gedən struktur dəyişikliklərini əks etdirməlidir:

“Sənaye avadanlıqlarının texniki xidməti, elektrik və enerjidaşıyıcı sistemləri üzrə mütəxəssislər, metal-konstruksiya və qaynaq ustaları, mexatronika və avtomatlaşdırma texnikləri hazırda ən çox tələb olunan sahələrdir. Rəqəmsal iqtisadiyyatın genişlənməsi IT, şəbəkə inzibatçılığı, kibertəhlükəsizlik və proqram təminatının test edilməsi üzrə peşəkar kadrlara ehtiyacı artırır. Aqrar sahə üçün mexanizatorlar, aqrar dron operatorları, aqrotexniki mütəxəssislər, emal və logistika üzrə kadr hazırlığı xüsusi prioritetdir. Qarabağ regionunda sürətli infrastruktur quruculuğu gedən bir dövrdə inşaat üzrə texniki mütəxəssislərə, geodeziya üzrə köməkçilərə, yol inşaatçıları və kommunikasiyaların quraşdırılması üzrə texniki heyətə tələbat yüksəkdir. Turizmin inkişafı nəzərə alınaraq bələdçilik, otelçilik, qonmaqlama və kulinariya üzrə ixtisaslar da tədris olunmalıdır”.

E.Mirzəbəyli onu da əlavə edib ki, bu prosesin effektivliyi üçün peşə məktəbləri sənaye parkları və iri müəssisələrlə birbaşa əməkdaşlıq etməli, dual təhsil modeli geniş tətbiq olunmalı, tədris modul əsaslı və çevik olmalıdır:

“Müəllim çatışmazlığını aradan qaldırmaq üçün sənaye sahələrindən mütəxəssislər tədris prosesinə cəlb oluna bilərlər. Qarabağ və Şərqi Zəngəzurda isə peşə məktəbləri sürətləndirici kadr mərkəzi funksiyasını yerinə yetirə bilər.

Ümumilikdə, yeni 21 peşə məktəbinin açılması Azərbaycanın iqtisadi modernləşməsinin, qeyri-neft sektorunun inkişafının və regionların ixtisaslaşmış kadr potensialına olan təlabatının ödənilməsinin strateji əsasını təşkil edir. Bu çərçivədə Ağsu kimi regionların da prioritet ərazilərin siyahıyısına daxil edilməsi həm real tələbat, həm də sosial-iqtisadi inkişaf baxımından tamamilə məqsədəuyğundur”,- deyə deputat fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri