Icma.az
close
up
RU
Hansı siqaretlər qadağan olunur? DETALLAR

Hansı siqaretlər qadağan olunur? DETALLAR

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Son günlər media və sosial mediada elektron siqaretlərin idxalı, istehsalı, satışı və istifadəsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi barədə müzakirələr artıb. Lakin qanuna ediləcək dəyişikliklər barədə məlumatlar bəzi hallarda təhrif olunur.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, layihənin əsas məqsədi elektron siqaretlərin dövriyyəsinin qadağan olunması və bu sahədə hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir.

Qanunda iki anlayış- ekektron siqaret və qızdırılan tütün məmulatı

Qanun layihəsi çərçivəsində “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında “tütün məmulatı” anlayışı dəqiqləşdirilir.

Dəyişikliklərə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Bununla yanaşı, qanunvericiliyə “elektron siqaret” və “qızdırılan tütün məmulatı” anlayışları ayrıca termin kimi əlavə olunur.

Bu yanaşma hüquqi baxımdan mühüm fərqləndirmə yaradır. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı kimi təsnif edilərək dövriyyələri qadağan edilir, qızdırılan tütün məmulatları isə qadağa predmetinə daxil edilmir. Anlayışların dəqiqləşdirilməsi tütün məmulatlarının, o cümlədən elektron siqaretlərin və tütün qızdırıcılarının hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə imkan yaradır.

Elektron siqaret nədir?

Elektron siqaret siqaretin alternativi olaraq istifadə edilən elektron cihazdır. Bu cihaz vasitəsilə tütün yanğısı yaratmadan nikotin qəbulu təmin edilir. Likvid isitmə elementi vasitəsilə qızdırılır və buxara çevrilir. İstifadəçi bu buxarı çəkir və nikotini ağciyərlərinə çatdırır.

Qızdırılan tütün məmulatı nədir?

Bu, tütünü yandırmadan, sadəcə yüksək temperatura qədər qızdıraraq istifadə olunan tütün məhsuludur. Başqa sözlə, burada tütün yanmır, amma isinir və istifadəçi bunu çəkərək nikotin qəbul edir.
Qızdırılan tütün məmulatının elektron siqaretdən fərqi odur ki, elektron siqaret likvidi buxara çevirir, tütün istifadə olunmur. Qızdırılan tütün məlumatında isə həqiqi tütün parçaları istifadə olunur, sadəcə yanmır.

Elektron siqaretlər niyə qadağan edilir?

Elektron siqaretlərin qadağan edilməsinin əsas səbəbi onların insan sağlamlığına mənfi təsirləri ilə bağlı elmi və statistik məlumatlardır. Digər səbəb isə bu tip siqaretə yeniyetmələrin meyilli olmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların azı 15 milyonu 13–15 yaş aralığında olan yeniyetmələrdir. Mövcud göstəricilər yeniyetmələr arasında elektron siqaret istifadəsinin yetkinlərlə müqayisədə təxminən 9 dəfə yüksək olduğunu göstərir.

Elektron siqaretlər əsasən, nikotin, propilen qlikol və ya qliserol, bitki qliserini və müxtəlif dadlandırıcılardan ibarətdir. Nikotin yüksək dərəcədə asılılıq yaradan maddə olmaqla yanaşı, ürək-damar sistemi, ağciyərlər, böyrəklər və reproduktiv sistem üçün mənfi təsirlərə malikdir. Elektron siqaretlərdə istifadə olunan bəzi maddələrin inhalyasiya yolu ilə qəbulunun riskləri isə hələ də kifayət qədər öyrənilməyib.

Elmi tədqiqatlar göstərir ki, elektron siqaretlərin aerozollarında formaldehid, aldehidlər, uçucu üzvi birləşmələr, metallar və digər potensial zərərli maddələr aşkar edilir. Ayrı-ayrı araşdırmalarda elektron siqaretlərdə istifadə olunan dadlandırıcı maddələrin yüksək temperaturda kimyəvi dəyişikliklərə məruz qalaraq sağlamlıq üçün təhlükəli birləşmələr əmələ gətirdiyi müəyyən olunub. Bu maddələrin tənəffüs yolları üçün risk yaratdığı, xroniki bronxit, astma və digər ağciyər xəstəlikləri ilə əlaqələndirildiyi vurğulanır.

2020-ci ildə ABŞ-da elektron siqaret istifadəsi ilə bağlı ağciyər zədələnməsi halları qeydə alınıb və minlərlə insanın xəstəxanaya yerləşdirildiyi bildirilib. Bu faktlar elektron siqaretlərin “zərərsiz alternativ” kimi təqdim olunmasının elmi əsaslara söykənmədiyini göstərir.

Beynəlxalq təcrübə də elektron siqaretlərlə bağlı sərt yanaşmaların mövcud olduğunu göstərir. Bir sıra ölkələrdə elektron siqaretlərin istifadəsi ya tam qadağan edilib, ya da ciddi məhdudiyyətlər tətbiq olunur. ÜST isə ölkələri xüsusilə yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının yayılmasına qarşı təsirli tənzimləyici tədbirlər görməyə çağırır.

Azərbaycanda hazırlanan qanun layihəsi də məhz bu yanaşmaya əsaslanır. Layihəyə uyğun olaraq, Vergi Məcəlləsində və “Reklam haqqında” qanunda dəyişikliklər edilir, “birdəfəlik istifadə üçün elektron siqaret” və “elektron siqaretlər üçün maye” aksizli mallar siyahısından çıxarılır və reklamla bağlı qadağalar yeni anlayışlara uyğunlaşdırılır.

Lakin bu dəyişikliklər tütün qızdırıcılarına şamil edilmir və hüquqi baxımdan elektron siqaretlərlə qızdırılan tütün məmulatları arasında aydın fərq qoyulur.

Qərarın əsas məqsədi isə elektron siqaretlərin insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Dekabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri