Icma.az
close
up
RU
Hansı universitetlərin adı ixtisasdan önə keçib? Maraqlı AÇIQLAMA

Hansı universitetlərin adı ixtisasdan önə keçib? Maraqlı AÇIQLAMA

Icma.az, Bizim media saytına istinadən bildirir.

Əvvəlki illərin göstəricilərinə əsasən, ən çox tələbə qəbul edən ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti yer alır.
Bizim.Media xəbər verir ki, bunu “modern.az”a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O əlavə edib ki, region universitetləri də qəbul planına görə daha çox tələbə qəbul edən ali məktəblər sırasındadır.
Ekspertin sözlərinə görə, universitetlərə marağın yüksək olması təkcə təhsil keyfiyyəti ilə bağlı deyil:
“Dünya təcrübəsində də ali təhsil müəssisələri yalnız öz profilləri üzrə deyil, digər istiqamətlər üzrə də qəbul həyata keçirirlər. Məsələn, Neft və Sənaye Universitetində neft sahəsi ilə yanaşı iqtisadiyyat yönümlü ixtisaslar, Bakı Dövlət Universitetində hüquq və pedaqoji ixtisaslar, İqtisad Universitetində isə müxtəlif istiqamətlər üzrə tədris aparılır. Bu, beynəlxalq təcrübədə də öz əksini tapır.
 

Türkiyədə Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Qara Dəniz Texniki Universiteti kimi ali məktəblər texniki istiqamətli olsalar da, iqtisadiyyat, turizm və digər sahələr üzrə də qəbul aparırlar. Azərbaycanda da eyni yanaşma tətbiq olunur. Burada hər hansı anormal vəziyyət yoxdur”.


R.Nurəliyev bildirib ki, ideal model universitetlərin öz profili üzrə ixtisaslaşmasıdır:
“Əlbəttə, daha arzuolunan odur ki, ali təhsil müəssisəsi öz profilindən kənara çıxmasın və yalnız həmin istiqamət üzrə ixtisaslaşsın. Lakin bu, bir çox hallarda universitetlər üçün sərfəli olmur. Universitetlər müxtəlif ixtisaslar üzrə qəbul aparmaqla həm tələbə sayını artırır, həm də müəllim resurslarından daha səmərəli istifadə edə bilirlər. Müəllim də müxtəlif ixtisaslarda dərs keçdiyi üçün həm ona, həm də universitetə bu model daha əlverişli olur”.
Ekspert həmçinin vurğulayıb ki, ixtisaslaşmış ali məktəblər də mövcuddur:
“Məsələn, Azərbaycan Tibb Universiteti yalnız tibb istiqaməti üzrə fəaliyyət göstərir və bu, beynəlxalq təcrübədə də qəbul olunan modeldir. Bununla yanaşı, xüsusi təyinatlı ali məktəblər və əsasən müəyyən istiqamət üzrə fəaliyyət göstərən universitetlər də var. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində ixtisasların böyük əksəriyyəti pedaqoji istiqamətlidir. Bu, universitetin profilindən, imkanlarından və həmin sahə üzrə tədris potensialından irəli gəlir”.
Təhsil ekspertinin sözlərinə görə, bəzi hallarda universitetin nüfuzu və təhsil mühiti konkret ixtisas üzrə seçimə daha ciddi təsir göstərir:
“Nümunə olaraq, Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyat yönümlü ali məktəb olsa da, burada Kompüter mühəndisliyi ixtisası da tədris olunur. Maraqlıdır ki, bəzi hallarda abituriyentlər Azərbaycan Texniki Universitetinin Kompüter mühəndisliyi ixtisasındansa, İqtisad Universitetinin eyni ixtisasını seçirlər. Bunun səbəbi həmin universitetin təhsil mühitinin, nüfuzunun və ictimai rəydə formalaşmış prestijinin daha yüksək qiymətləndirilməsidir.
 

Eyni müqayisəni Bakı Ali Neft Məktəbi ilə də aparmaq olar. Mən şəxsən iqtisadiyyat ixtisası üzrə seçim etsəm, Azərbaycan Dövlət İqtisad Universitetini üstün tutaram. Çünki bu universitet həmin istiqamət üzrə ixtisaslaşıb və daha güclü təhsil vermək potensialına malikdir. Hətta ingilis dilində tədris olunan iqtisadiyyat ixtisaslarını müqayisə etsək də, mən yenə İqtisad Universitetini seçərəm. Xarici ölkələrdə də əsasən ixtisaslaşmış ali təhsil müəssisələrinə üstünlük verilir.


Əsas prinsip ondan ibarətdir ki, texniki universitet texniki sahədə, iqtisadiyyat universiteti iqtisadiyyat sahəsində daha güclü olmalıdır. Amma bəzi hallarda Azərbaycanda fərqli mənzərə yaranır. Məsələn, Kompüter mühəndisliyi üzrə İqtisad Universiteti Texniki Universitetdən daha çox üstün tutulur. Bunun səbəbi universitetin təhsil sistemi, təhsil mühiti və cəmiyyətdə formalaşmış nüfuzudur. Nəticədə həmin ixtisas üzrə həm keçid balları yüksəlir, həm də abituriyentlərin seçimində həmin universitet üstünlük qazanır”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri