Icma.az
close
up
RU
Hansı yaşda CHECKUP müayinə etdirmək lazımdır? HƏKİM RƏYLƏRİ

Hansı yaşda CHECKUP müayinə etdirmək lazımdır? HƏKİM RƏYLƏRİ

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar qəfil ürək tutmaları, gözlənilmədən gələn xəstəliklərə düçar olanların sayı artıb.

Hansı ki, o adamlar haqqında “sağlam adam idi, ağrımırdı, qəfil niyə belə oldu ki” söyləyirlər. Amma sonradan məlum olur ki, bu problemlər gizli şəkildə illərdir davam edirmiş. Bəs bunları vaxtında necə bilmək olar?

Musavat.com xəbər verir ki, xarici ölkələrdə insanlar ən az ildə iki dəfə çekap (Check-up) müayinədən keçirlər. Bununla da baş verə biləcək müxtəlif xəstəlikləri önləmiş olurlar. “Check-up” vasitəsilə  xərçəngin erkən diaqnozu qoyularaq, daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur.

Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən “Check-up” vasitəsilə yaxa qurtarmaq mümkündür. Ümumiyyətlə, “Check-up” erkən diaqnoz məqsədilə edilən müayinə, laboratoriya, rentgen və bütün testlərin birləşməsidir. Ancaq təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bu məsələyə biganə yanaşılır. Bizdə insanlar xəstələnməyincə həkimə müraciət etmir. Hətta çox zaman xəstələnəndə  belə öz üsulları ilə müalicə almağa çalışırlar. Məhz buna görədir ki, insanlar bir az yaşlaşdıqdan sonra gənclikdə hiss etmədikləri gizli xəstəliklər baş qaldırır və çox zaman da müalicə üçün gec olur. Mütəxəssislər bildirirlər ki, böyüklər ildə iki dəfə, uşaqlar bir yaşına qədər hər ay, qadınlarsa 6 aydan bir “Check-up” müayinədən keçməlidir.

Həkim Vasif İsmayıl bildirdi ki, insan 45 yaşdan sonra müntəzəm olaraq həkim nəzarətindən keçməlidir: ““Check-up” müayinəsinin müntəzəmliyinin hər kəsə görə dəyişən xarakteri var. Bu insanın yaşına, həyat tərzinə görə dəyişir. Hər kəsin müəyyən yoxlanılacaq parametrləri var. Bu məsələyə çox ciddi diqqət etmək lazımdır. Sığortada olan həkim buna nəzarət edir və müəyyən bir “Check-up” qrafiki çıxarır. İnsanlar bu qrafik əsasında gedib yoxlanılırlar. Hər mədəni ölkədə bu belədir. Yəni hər kəs ağlına gəldiyi zaman gedib “Check-up” olunmur. Sadəcə olaraq, vəziyyətinə görə tənzimlənmiş “Check-up” müayinəsinə gedir. Ümumiyyətlə, hər bir insan 45 yaşından sonra müntəzəm olaraq “Check-up” üçün həkimə getməlidir. Amma orada hansı təhlilləri verəcək, bu, artıq hər bir fərdin şəxsən qərar verəcəyi bir məsələdir".

Qadınların “Check-up” müayinədən ildə neçə dəfə keçməsinə və hansı xəstəliklərin gizlin gedə biləcəyi məsələsinə gəlincə isə cərrah mama-ginekoloq Ləman Əliyeva qadınların ildə iki dəfə müayinədən keçməsinin vacib olduğunu dedi: “Türkiyədə və digər xarici ölkələrdə qadınlar uşaqlıq boynu xərçənginin öncədən aşkara çıxması üçün altı aydan bir və ya ən az ildə bir dəfə retrospektiv analiz verirlər. Bizdə yaşı 30-un üzərində olan qadınlardan çoxu bu analizin nə olduğunu bilmir və keçməyib. Biz təbii ki, qəbulumuza gələn xanımlara bunu başa salırıq. Hətta ola bilər ki, onun heç bir problemi, şikayəti yoxdur, sadəcə, ginekoloqun müayinəsində olur? retrospektiv testindən keçir. O zaman uşaqlıq boynunun xərçəngi ilə bağlı şübhələr ortaya çıxır. Bunu öncədən biləndə müalicələr tətbiq etməklə qarşısını ala bilirik. Amma bəzən elə halda gəlirlər ki, uşaqlıq boynu xərçənginin ilkin mərhələsi olur. Qadınlar bunu gecikdirirlər. Biz qəbulumuza gələn qadınlara gücümüz çatan qədər deyir,  maarifləndiririk. Qadın problemi oldu olmadı, ildə iki dəfə, altı aydan bir ginekoloq müayinəsində olmalıdır”.

Uşaqlara gəlincə isə pediatr Günay Rəsulova bildirdi ki, maddi sıxıntıya baxmayaraq valideynlər övladlarını rutin kontrollardan və pediatr müayinələrindən mütləq keçirməlidir: “Uşaqlara tətbiq olunmalı müayinələr və pediatr kontrolları var ki, bunlar olduqca vacibdir. Məsələn, yeni dünyaya gələn uşağa topuq testi müayinəsi edirik. Hansı ki, bu, dünyanın hər yerində tətbiq edilir. İlk 3-4 ay ərzində çanaq müayinəsi edirik. Bu da mütləq lazımdır. Uşaqdan asılı olaraq exo kardeoqrafiyası və s. aylıq kontrollar edirik. Bundan başqa, uşaqlar bir yaşdan sonra altı aydan bir, sonra isə ildə bir dəfə pediatriv müayinədən keçirilməlidir. 1, 3 və 6 yaşda da keçilməli olduğu vacib müayinələr var. Bir yaşa qədər uşaqlarda peyvənddən öncə həkim baxışı, peyvəndlərin olunması hər uşağa mütləq şəkildə tətbiq edilməlidir. Dünyanın hər yerində tibbi sığorta tətbiqinə əsasən insanların vaxtı-vaxtında həkimə getmək kimi bir üstünlükləri olur. Bizdə də dövlət tərəfindən tibbi sığorta uğurla tətbiq olunmaqdadır. Tibbi sığorta tətbiq edildikdən sonra insanlar bu barədə maddi sıxıntı çəkmədən aylıq rutinlərini yerli yerində edə biləcəklər”.

Pediatr valideynlərin sırf maddi çətinliyə görə övladlarının müayinəsini gecikdirdiyini dedi: “Dövlət tibbi sığortanın tətbiqindən sonra bizdə də bu cür sıxıntılar qalmayacaq. Hər bir valideyn təbii ki, övladının sağlamlığı üçün heç bir müayinədən kənarda qalmaq istəməz. Valideynlərə tövsiyə edərdim ki, maddi çətinliyə baxmayaraq, övladlarını mümkün olduqca rutin müayinələrdən və pediatr kontrollarından keçirsinlər. Həmçinin mümkün olduqca profilaktik peyvəndlər tətbiq olunmalıdır. Bir yaşa qədər uşaqlara poliklinikalarda ödənişsiz müayinələr və peyvəndlər tətbiq olunur. Ən azından bunlardan kənarda qalmaq olmaz”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri