Icma.az
close
up
RU
Hansı yaşda valideyn olmaq daha yaxşıdır?

Hansı yaşda valideyn olmaq daha yaxşıdır?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dölyaratma prosesi üçün optimal yaş - hər iki valideyn üçün 20-29 yaş həddidir.

Yeniyetmə qız uşaqları ilk menstruasiya aktından sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur.

Ana olmaq üçün icazə verilən aşağı yaş həddi - ilk menstruasiyanın olduğu yaş + 5 il olmaqla hesablanır. Məsələn, 13 yaş + 5 yaş = 18 yaş,14 yaş + 5 yaş = 19 yaş.

Erkən (16-19 yaş) və orta (30-dan artıq) yaşlar qadınlar üçün risk faktorları hesab olunur. Bu yaş qrupuna daxil olan qadınlarda optimal yaş qrupuna (20-29 yaş) daxil olan qadınlardan nisbətən ağır formalı hamiləlik toksikozları, patoloji doğuşlar, həmçinin dölün və doğulmuş uşağın yaşamaq qabiliyyətinin aşağı olması daha çox hallarda təsadüf edilir.

30 yaşından sonra qadınlarda adətən bir sıra xəstəliklərə rast gəlmək olar ki, bu da ananın və doğulacaq körpənin saqlamlığına mənfi təsir göstərə bilər. Adətən hamiləliyə qədər aşkar olunmamış xəstəliklər məhz yaşlı dövrdəki hamiləlik zamanı özünü büruzə verir. Qadının yaşı artdıqca daxili cinsiyyət orqanlarında da dəyişikliklər baş verir. Cavan qadınlarda daxili cinsiyyət orqanlarının elastikliyi daha çox olur. Yaş artdıqca bu elastiklik azalır, bu da dölsalma riskini artırır.

40 yaşından yuxarı qadınlarda 30 yaşınadək olanlara nisbətən 3 dəfə artıq sayda hamiləlik diabeti inkişaf edir.

Qadın nə qədər yaşlı olarsa, o qədər də çoxdöllü hamiləlik ehtimalı artır. Bu da yaşlı qadın üçün daha çox təhlükə yaradır. 35-39 yaş çoxdöllü hamiləliyin ən zirvə dövrüdür. Yaşlı qadınlarda doğuş zəifləməsi, toxumaların elastikliyinin pozulması nəticəsində doğuş yollarının cırılması, qanaxma kimi hallar daha çox baş verə bilər. Bu səbəbdən 35 yaşdan yuxarı qadınlara həkimlər Keysər kəsiyi əməliyyatını tövsiyə edirlər. Lakin yaş dövründən başqa digər göstəricilər (çanaq ölçüləri, arterial təzyiq göstəriciləri, analizlər, ürək döyüntüləri, tənəffüs tezliyi) norma daxilindədirsə, təbii doguşa daha çox üstünlük verilməlidir.

Atalıq üçün 40-dan yuxarı yaş dövrləri isə daha yüksək risk faktoru kimi qəbul olunur.

Yaşlı dövrdə hamiləlik zamanı dölün genetik patologiyaları ehtimalını müəyyən etmək üçün əksər hallarda anaya qanın muayinəsinin aparılması məsləhət görülür. Ümumiyyətlə bu müayinələrdən qadınların bütün yaş dövrlərində keçməsi məsləhətdir. Əgər bu müayinələr nəticəsində hər hansı şübhə yaranarsa, əlavə müayinə metodları da aparıla bilər.

Hamiləliyin 7-9 həftəsində xorionun biopsiyası (gələcəkdə ciftə cevriləcək olan toxuma hissəciyin müayinəsi), 16-20 həftələrində amniosentez (dölyanı suların müayinəsi), 23-25 həftələrində kordosentez müayinəsi aparılır (göbək ciyəsi damarlarından dölün qanı götürülür). Bu müayinələrin nəticəsi qənaətbəxşdirsə, körpədə genetik qüsurlara görə narahat olmağa dəyməz.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri