“Hansısa futbolçunu xüsusi şəkildə qeyd etmək istəməzdim” Azər Məmmədov razı qaldı
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Millimiz “Liv Bona Dea Arena”da Macarıstana uduzdu – 1:2. Nəticə yenə üzücü olsa da, yığmanın yaxşı oynadığını deyənlərin sayı çox oldu.
Bəs bu barədə Azər Məmmədov nə düşünür? “Football-plus.az” onun fikrini öyrənib:
“Uşaqlar çəkinmədən oynadılar. Latviya ilə müqayisədə Macarıstana qarşı daha yaxşı oynadılar. Rəqib futbolçuların səviyyə baxımından üstünlüyü gözə çarpırdı. Bu səviyyəli komandalar səhvləri bağışlamır. Qollarda da macarlar səhvlərimizdən yararlanıb fərqləndilər. Ümumi götürsək, pis oynamadılar, son dəqiqələrdə lap ürəklə oynadılar. Hansısa futbolçunu xüsusi şəkildə qeyd etmək istəməzdim. Görünən o idi ki, hamı çalışdı, vuruşdu. Təəssüf ki, qələbə qazanmaq mümkün olmadı ”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 İyun 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















