Icma.az
close
up
RU
“Hansısa neqativ sözlərlə onları “sındıra” bilərik” Fərid Qayıbov

“Hansısa neqativ sözlərlə onları “sındıra” bilərik” Fərid Qayıbov

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Amma Olimpiya Oyunlarında təəssüfləndiyimiz anlar oldu. Bizim üçün vacib idi ki, ilk qızıl medal qazanılsın. Oyunlar vaxtı psixoloji durum çox gərgin olur. Bu il idman jurnalistlərimiz də ilk dəfə olimpiadada iştirak etdilər. Bu, çox vacib amildir. Hər yarış hamımız üçün bir təcrübədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Parisdə keçirilən Yay Olimpiya Oyunlarından danışarkən deyib. 

Nazir komandamızın çıxışından danışıb: “Orada insanların necə həyəcan keçirdiyini, yəqin, jurnalistlər də gördülər. İlk medal əldə olunanda çox sevindik. Sonra iştahamız artmağa başladı (gülür). Doğrudan da şansımız var idi. Güləşçimiz Həsrət Cəfərovun da Olimpiya çempionu olmasını istəyirdik. Gənc olsa da, böyük potensiala malikdir. Amma idmanda hər şey istədiyin kimi olmur. Bir çox amillər var. Finala çıxan boksçumuz Alfonso Domingesdən də qızıl medal gözləyirdik. Taekvondoçumuz Qaşım Maqomedovu qeyd edərdim. Ümumiyyətlə, Azərbaycan Taekvondo Federasiyası 100 faizlik nəticə göstərdi. Bir idmançı ilə təmsil olunduğu olimpiadada gümüş medal götürdü. Onun finalda da qalib gəlməsini istəyirdik. Təəssüf ki, zədələndi. Federasiyaların orada necə çalışdığını hamımız görürdük. Ortada iş var idi. Hamı birgə çalışırdı. Məsələn, Anna Skidan qatıldığı 4-cü Olimpiya Oyunlarında ilk dəfə final mərhələsinə vəsiqə qazandı. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ilk dəfə iştirak etdiyi olimpiadada 5-ci yeri tutdu. Medala çox yaxın idilər. 
Olimpiadada medal gözlədiyimiz bəzi idmançılar ümidləri doğrultmadı. Amma mən onların adlarını sizə deməyəcəyəm (gülür). Çünki biz idmançılara dəstək olmalıyıq. Hansısa neqativ sözlərlə onları “sındıra” bilərik. Nəticə qazanmağı ən çox idmançı arzulayır. Biz federasiyalarla nəticələr barədə əvvəldən öz proqnozlarımızı müzakirə edirdik. Təhlillər əsasında müəyyən təxminlərimiz var idi. Bəli, daha çox şey gözlədiyimiz idmançılar var idi. Amma yenə də bu idmandır.

F.Qayıbov Olimpiadada nazir kimi iştirak etməsindən də söz açıb: “İlk dəfə 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında olmuşam. Həmin yarış çox xoşuma gəlmişdi. Olimpiya Kəndindəki abu-hava əla idi. Orada dünyanın müxtəlif ölkələrindən olan tanınmış idmançıları görə bilmişdim. Həmin vaxt 29 yaşım var idi. Digər olimpiadalarda da olmuşam. Amma nazir kimi ilk dəfə ötən il Pekində keçirilmiş Qış Olimpiya Oyunlarına yollanmışdım. Fərq nədən ibarətdir? Mənə görə Olimpiya Kəndində qalmaq daha maraqlıdır. Amma Paris olimpiadasında funksioner kimi iştirak edirdim. Orada bir çox vacib görüşlərim oldu. Bütün idman dünyası orada idi. İşimiz az deyildi. Olimpiya Oyunları tarixində ilk dəfə “Azərbaycan Evi” təşkil etdik. Parisin çox yaxşı bir yerində Mədəniyyət Mərkəzimiz var. Orada hər gün bir çox federasiyaları qonaq edə bildik. Həm Azərbaycan haqqında danışdıq, ölkəmizi təbliğ etdik, həm də tədbirlərimizi keçirdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri