Icma.az
close
up
RU
Hansısa şərəfsiz imzamdan istifadə edib, pulu yeyibsə... Şlyapa Zahidin işi

Hansısa şərəfsiz imzamdan istifadə edib, pulu yeyibsə... Şlyapa Zahidin işi

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Ölkə.az" Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlovun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxsin vəkili ona belə bir sual verib. Vəkil qeyd edib ki, 24 milyon manat bankdan kredit götürülüb, həmin pul Nəcməddin Sadıkov və digər şəxslərlə əlbir olaraq mənimsənilib. O, müvəkkilindən "bu barədə nə deyə bilərsiniz" deyə soruşub. Zahid Niftəliyev isə vəkilin sualına belə cavab verib: "Kredit alınması ilə bağlı söhbət olmayıb. Burada firma açılması ilə bağlı söhbət olub. Hansısa şərəfsiz, vicdansız kredit almaq adı ilə imzamdan istifadə edib, pulu yeyibsə...".

Bu zaman hakim Novruz Kərimov təqsirləndirilən Zahid Niftəliyevə xəbərdarlıq edib. Deyib ki, bu cür ifadələri işlətmək olmaz. Zahid Niftəliyev isə söyüş söymədiyini deyib. Amma hakim onun nəzərinə çatdırıb ki, vicdansız, şərəfsiz demək də söyüş kimi nəzərdə tutulur.

Daha sonra vəkilinin suallarını cavablandıran Zahid Niftəliyev bildirib ki, kreditin götürülüb-götürülməməsi ilə bağlı onun xəbəri olmayıb, bu barədə yalnız sabiq vergilər naziri Fazil Məmmədovun ölümündən sonra xəbər tutub: "Baş qərargah rəisi məni yanına çağıraraq dedi ki, Fazil bizə humanitar yardım etmək istəyir. Amma orada kredit, pul söhbəti olmayıb. Mən banka gedərək müqaviləyə imza atmışam, amma kredit görməmişəm. Ötən məhkəmə prosesində həmin otaqda kimlərin iştirak etdiyini demişəm".

Zahid Niftəliyev bir daha deyib ki, o heç bir pul görməyib: "Vergilər Nazirliyi məndən hesabat istədi. Mən də Mahir Rəfiyevdən soruşdum ki, bu nə məsələdir. Dedi ki, sənlik deyil, vəssalam. Fazil rəhmətə gedəndən iki ay sonra bankdan mənə zəng vurdular, dedilər ki, kreditin var. Bankın müdiri məni çağırdı. Orada bildim ki, kredit götürülüb, pulu da mənimsənilib. Mənim ömrümdə kreditim olmayıb. Bilirəm ki, sənədlərə imza atanda baxılmalıdır. Mən bilirdim ki, Fazil Məmmədov orduya humanitar yardım etmək istəyib. Demək istəyirəm ki, bu, Fazilin öz işi olub. Mən kim idim ki, mənə o qədər kredit versinlər".

Növbəti proses noyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri