Hantavirus ürəyi vurur: Bu şəxslər daha tez yoluxa bilər
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Hantavirusa yoluxma zamanı ürək xəstəlikləri olan insanlarda ağırlaşma riski digərlərinə nisbətən daha yüksəkdir.
Milli.Az xəbər verir ki, kardioloq Alejandro Kroker hantavirusun xüsusilə ürək xəstələri üçün daha təhlükəli ola biləcəyini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, hantavirus insanda miokardiopatiyaya (ürək əzələsinin funksiyasının pozulması və zədələnməsi) səbəb ola bilər ki, bunun da sonradan xroniki ürək çatışmazlığına çevrilməsi istisna olunmur.
Qeyd edək ki, Hondius kruiz gəmisində qeydə alınan hantavirus yayılması ilə bağlı narahatlıq davam edir. 11 nəfərdə simptomların müşahidə edildiyini, onlardan 9-na diaqnoz qoyulduğunu bildirib. Xəstəlik səbəbindən bir neçə nəfərin öldüyü də açıqlanıb.
Fidan
Milli.Az
Baxış sayı:127
Bu xəbər 20 May 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















