Hantavirus yayılan laynerin sərnişinlərinin təxliyəsinə başlanılıb Qebreyesus
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İspaniyanın Səhiyyə Nazirliyi ilə birlikdə hantavirusun yayıldığı "MV Hondius" kruiz laynerinin sərnişinlərinin təxliyəsinə başlayıb.
"Report" xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkə hesabında bildirib.
"Hondius" gəmisinin sərnişinlərinin ilk qrupunun düşürülməsinə başlanılıb", - o yazıb.
Onun sözlərinə görə, sərnişinlərin vəziyyətinin epidemioloji qiymətləndirilməsi aparılır və İspaniyanın Daxili İşlər Nazirliyi ilə çarter reyslərinin koordinasiyası həyata keçirilir.
Daha əvvəl Qebreyesus bildirib ki, Niderlandın "MV Hondius" gəmisinin göyərtəsində hantavirusa ilk yoluxma halları virusun daşıyıcısı olan gəmiricilərin məskunlaşdığı yerlərdə quşları müşahidə etmək üçün təşkil olunan səfər zamanı Argentina, Çili və Uruqvayda olmuş turist cütlüyü ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 May 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















