“Hapoel”in qapıçısı: “Tam olaraq matça köklənmişik”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin “Hapoel” (Beer-Şeva) klubunun qapıçısı Ofir Martsiano “Sabah”la matçın komandası üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Futbolpress.az xəbər verir ki, 36 yaşlı təcrübəli qolkiper Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşdü:
“Özümüzü yaxşı hiss edirik. Bizim üçün çox əhəmiyyətli oyundur. Komandamıza inanırıq. Tam olaraq matça köklənmişik. Asan olmayacağını da bilirik. Qələbə qazanmaq istəyirik. Yolun astanasındayıq. Oyunun əhəmiyyətini anlayırıq. Sabah çox vacib matça çıxacağıq. İlk görüşdə qələbə qazanmışıq. Hər işin öz çətinliyi, problemi var. Bütün çətinliklər bizi daha da gücləndirir”.
Cavab qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İki komanda arasında Buxarestdə təşkil olunan ilk duel “Hapoel”in 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Avqust 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















