Icma.az
close
up
RU
Harada ev tikmək qadağandır? Siyahı açıqlandı

Harada ev tikmək qadağandır? Siyahı açıqlandı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında (Keşlə qəsəbəsi) kollektor üzərində tikilmiş ikimərtəbəli ev artıq tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.

Ev sahibi Səbuhi Məmmədov bildirib ki, o, evi 13 il əvvəl alsa da, tikilinin kollektorun üzərində yerləşdiyindən xəbərsiz olub.
Bəs vətəndaşlar ev alarkən və ya tikinti apararkən nələrə diqqət etməlidir? Hansı ərazilərdə yaşayış məqsədilə tikinti qadağandır?
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, aşağıdakı zonalarda yaşayış evlərinin tikintisinə icazə verilmir:
Tarixi və mədəni abidələrin mühafizə zonaları
Avtomobil yollarının kənarları
Hərbi obyektlərə yaxın ərazilər
Su mühafizə zonaları
Magistral boru xətləri və kollektorların üzəri
Yüksək gərginlikli elektrik xətləri keçən sahələr
Sürüşmə və digər təhlükəli geoloji zonalar
Neft və qaz kəmərlərinin ətrafı
Dəmiryolllarının ətrafı:

- I, II, III, IV və V kateqoriyalı dəmir yolunun tökmə yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi zamanı mühafizə zonalarının ölçüləri 20-52 metr arasında dəyişir.

- Eyni zamanda dəmir yolunun mühafizə zonası dəmir yolunun kənarında, sağ və sol hissələrində yerləşən relsdən hər tərəfə hesablanır.
Avtomobil yollarının ətrafı:
- Tökmələrdə və qazmalarda yerləşən I dərəcəli dörd hərəkətli, II dərəcəli iki hərəkətli, III dərəcəli iki hərəkətli, IV dərəcəli iki hərəkətli, V dərəcəli bir hərəkətli avtomobil yolları yatağın hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi nəzərə almaqla mühafizə zonalarının ölçüləri dəyişir.

Elektrik xətləri keçən ərazilər:

- Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün müəyyən edilir:

- Hava elektrik ötürücü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri arasında olan torpaq sahəsi;

- Kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;

- Hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:
Un, kV- xətlərin gərginliyi L.m - məsafələr

Qeyd: kənar naqillərin (sağ və sol naqillərin meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən hesablanır.

a) Yeraltı elektrik ötürücü xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 m aralı yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi nəzərdə tutulur.

Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydalarin tələblərinə riayət edilməklə kənd təsərrüfatı və digər işlərin aparılması məqsədilə istifadə oluna bilər.

Su mühafizə zonaları:

Belə ki, su mühafizə zonaları aşağıdakı kimi hesabalnır:

- çaylar və göllər üzrə - yay dövründə orta illik su səviyyəsi həddindən;

- su anbarları üzrə - suyun normal yığılma səviyyəsindən;

- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə - suyun maksimum səviyyəsi həddindən;

- bataqlıqlar üzrə - onların sərhədlərindən;

Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir:

- uzunluğu 10 km-dək olduqda 50 m;

- uzunluğu 10 km-dən 50 km-dək olduqda 100 m;

- uzunluğu 50 km-dən 100 km-dək olduqda 200 m;

- uzunluğu 100 km-dən 200 km-dək olduqda 300 m;

- uzunluğu 200 km-dən 500 km-dək olduqda 400 m;

- uzunluğu 500 km-dən artıq olduqda 500 m.

Göllərin və su anbarlarının su mühafizə zonalarının minumum eni aşağıdakı hədlərdə götürülür:

- akvatoriyasının sahəsi 2 kv.km-dək olduqda 300 m;

- akvatoriyasının sahəsi 2 kv.km-dən artıq olduqda 500 m;

1. Magistral və təsərrüfatlar arası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minumum eni onların su buraxma qabiliyyətindən aslı olaraq aşağıdakı hədlərdə qəbul edilir:

- 3 kb m /san qədər olduqda 5 m;

- 3-10 kb m /san olduqda 10 m;

- 10-30 kb m /san olduqda 25 m;

- 30-50 kb m/san olduqda 60 m;

- 50 kb m/san artıq olduqda 100 m.

Şəhərlərdə və yaşayış məntəqələrində təsdiq olunmuş baş plana uyğun müəyyən edilir. Bağlı kollektorlarla axıdılan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.
Çaylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni aşağıdakı ölçülərdə müəyyən edilir.

Sututarlarının balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.

Qeyd: Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

Neft kəmərləri keçən ərazilər:

İxrac neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonası üçün nəzərdə tutulan torpaq sahələri:
- İxrac neft boru və magistral boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

- çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

- kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, çoxlu sayda qarışıq boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

- kondensatın saxlanılması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

- baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstəriilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

Məsləhətləşmə zonası: çay keçidinin yuxarı və aşağı axarları üçün 3 km. məsləhətləşmə zonası nəzərdə tutulur.

Məsləhətləşmə zonası Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılacaq müvafiq prosedur əsasında tənzimlənir.

Mayeləşdirilmiş qazları saxlamaq üçün QDS-də yerləşdirilmiş çənlərdən QDS-ə aid olmayan binalara və tikililərə qədər olan minimum məsafə.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri