Icma.az
close
up
RU
Haran ağrıyır, ay Mardan?

Haran ağrıyır, ay Mardan?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elçin Aslangil yazır...

Nimdaş komsomolçu Sergey Aleksandroviç Mardan keçənlərdə Ukraynaya məxsus PUA-ların Olya limanına hücum etməyə çalışdığını, lakin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirdi. Bu PUA-ların Azərbaycan istiqamətindən gəldiyini iddia edərək "Bakını nə vaxt bombalayırıq?" sualı ilə sərsəmlədi.

Sonra da Azərbaycan dövlətçiliyinə dil uzatdı. Azərbaycan dövlətçiliyinin Rusiya tərəfindən Azərbaycan xalqına hədiyyə edildiyini dedi.

Bu artıq axmaqlıqdır!

Ona görə axmaqlıqdır ki, Mardan indiki Rusiya dövlətinin çar Birinci Pyotra hədiyyə edildiyi tarixdən xəbərsizdir. Yaxud həmin tarixdəki bəzi mətləblərdən də xəbərdar olduğu üçün "qeyrət"inin qıcıq damarında qanı bu qədər zəhərlənib ki, kin qusur!

Həmin tarixi xatırlamayanlar üçün xatırladım:

1711-ci ildə sizin Böyük Pyotr dediyiniz çarınızı ordusu ilə birlikdə Baltacı Mehmet Paşa mühasirəyə almışdı və Rusiya imperiyası yox olmaq təhlükəsi ilə üz-üzə idi. Osmanlı sədrəzəmi Baltacı Mehmet Paşa çarınızın canını bağışlamasaydı, indiki Rusiyanı o vaxt Pyotra hədiyyə etməsəydi, sən kim olacaqdın, Mardan? Olacaqdınmı heç? Hələ başqa dedi-qodular da var - Baltacı Mehmet Paşanın Prut savaşında qurulmuş çadırı, Yekaterina və sair...

Mardançik, türk xalqı sənə və sənin Rusiyana çox hədiyyələr verib. Rusiyanı yox olmaqdan çox xilas edib.

Çox uzağa getməyək: Rusiyanı Hitlerin caynağından Bakı nefti xilas etmədimi?

Kim kimə dövlət və dövlətçilik hədiyyə edib?

Kremlin güngörməz yerində oturub, başı qaçan Mardançik bilmirmi ki, belə iyrənc təkəbbürlə məsuliyyətsiz çıxışlar, irqçiliyi dəstəkləmək çastuşka deyişməsinə bənzəməz, Rusiyanın sonu ola bilər?

Tərkibindəki istila edilmiş türk xalqları, onların əraziləri ilə dünyaya xox gəlmək Rusiyanın böyük dövlət olması demək deyil. Bu, Rusiya dövlətinin hər an fitili yandırıla biləcək bombanın üstündə oturması deməkdir.

Mardanın ağıllı görkəmlə səsləndirdiyi bəyanatlar ilk növbədə elə Rusiyanı idarə edənləri çıxılmaz vəziyyətdə qoyur. Çünki bunu nə Azərbaycan xalqı, nə də Prezidenti unudandır. Türk birliyi üçün əlindən gələni edən İlham Əliyevə sayğı duyan digər türk liderlər də unudan deyillər. Çünki onlar da dəfələrlə belə hücumlara məruz qalıblar. Gələcəkdə məruz qalmaq ehtimalları da çoxdur.

Başqalarının torpağına, dövlətçiliyinə, azadlığına göz dikməyin səbəbidir ki, Rusiya indi bölgədə tək qalıb: sanksiya ardınca sanksiya, iqtisadi məngənə, tükənən insanlıqdan heç danışmıram. Ölkə getdikcə zülmətə qərq olur.

O zülmətdən də ara-sıra Vladimir Solovyov, Sergey Mardan kimi Kreml çaqqallarının zingiltisi yüksəlir.

Nədir qarnınızın ağrısı? Aqoniyadasınız yoxsa? Biləsiniz ki, qaranlığa çəkilib ətrafdakıları qapmaq, ağzının suyunu dağıtmaq quduzluğun əlamətidir. Onun da axırı heç yaxşı qurtarmır.

Bir xeyli təcrübəli Rusiya hökumətinin üzvlərinə səslənirəm - it quduranda birinci öz sahibini qapır. İtinizin təkcə başını yox, ağzını da bağlı saxlayın...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see266

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see265

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see256

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see253

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see241

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see233

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see227

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see217

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see216

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see212

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see206

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see197

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see195

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see187

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see186

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see180

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see179

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see171

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see171

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri