Icma.az
close
up
RU
Harda gedib çimmək olar?: 3 ən gözəl və vəhşi çimərlik

Harda gedib çimmək olar?: 3 ən gözəl və vəhşi çimərlik

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay mövsümünün gəlməsinə az qalıb. Odur ki, çimərliklərə maraq artmağa başlayıb. Düzdür, Azərbaycanda da, Xəzər dənizinin sahilində də çimərliklər var. Hətta ötən aydan çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər başlayıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, yoxlamalar başa çatdıqdan sonra nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

 Yeri gəlmişkən, bu ilin aprel ayında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Sədərək” və “Binə” ticarət mərkəzlərinin tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərdən danışmışdı.

Demişdi ki,  aparılan araşdırma və monitorinq zamanı sözügedən ərazidəki borunun ADSEA-nın balansındakı nasosxanaya aid olduğu, Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən həmin boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilib:

“Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən  analiz aparılması üçün boru vasitəsilə dənizə axan sudan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib.


Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb”.

Məktub ünvanlandımı, tədbir görüldümü , çirkab suların dənizə axıdılmasının qarşısı alındımı- bunu dəqiq bilmirik. Hətta bəzi təxribatçılar, sosial şəbəkədə iddia edirlər ki, hələlik çirkab dənizə axmaqda davam edir.

Amma belə, tələsiyənlərə, mavi suların qoynuna daha tez atlanmaq istəyənlərə məsləhətimiz var. Siz, bu il xaricdəki çimərliklərdə dənizin kefini çıxarın.

1. İbiza- İspaniyanın Balear adalarına aid olan, Aralıq dənizində yerləşən və xüsusilə yay aylarında milyonlarla turistin axın etdiyi məşhur adalardan biridir. İbiza təkcə diskotekaları və gecə həyatı ilə tanınmır, həm də tarixi, təbiəti, mədəniyyəti və coğrafi mövqeyi ilə maraq doğurur.

Sahəsi 571 kvadrat kilometr olan İbiza adası təxminən 210 kilometr sahil xəttinə malikdir. Adanın ərazisi əsasən təpəlik və dağlıq olsa da, düzənlik sahələr və vadilər də mövcuddur. Bu müxtəlif relyef formaları turizm və kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Dənizin suyu da dupduru göz yaşı kimi, çünki ərazi göz-bəbəyi kimi qorunur və ora kanalizasiya suları axıdılmır.

Bir ayıbı var ki, bu ada azadlıq simvolu hesab olunur, çünki bura əslində heç bir qayda və əxlaq qanunlarının olmadığı böyük bir məkana çevrilib. Yəni buraya dincəlməyə gələnlərin əynində sadəcə "əyni" olur. Başqa heç nə! Yadınıza salım, İspaniyanın bu məşhur İbiza kurortunda bizim bir məmurun balasının 1 milyon funt sterlinqlik saatının oğurlanmışdılar. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatlarından birini məhz 22 yaşlı "papanın gül balası"ydı... Saatınızdan muğayat olun.

2. Cap d'Agde- Fransada yerləşən və dünyanın ən məşhur yerindən olan çimərliyə hər il on minlərlə turist axın edir. Fransada çılpaqlıq qeyri-təbii sayılmır. Baxmayaraq ki, təbii ki, burada çılpaq gəzmək qadağandır. Marsel yaxınlığında bir yer istisna olmaqla. Cap d'Agde Avropanın ən böyük nudist (çılpaq) çimərliyidir.

Burada yalnız çılpaq üzmək deyil, həm də mağazalara, restoranlara, əyləncələrə baş çəkə bilərsiniz. Bir də Fransaya gedəniniz olsa, Grande Plaj Biarits, Biaris adlı çimərliyi unutmayın 2-3 il əvvəl ən gözəl xidmət nominasuyası qazanmışdı. Deyilənə görə, bəlkə də, Avropada heç bir ölkə çimərliklərin sayına, sahillərin gözəlliyinə və iqlim müxtəlifliyinə görə Fransa ilə rəqabət edə bilməz

3. Hollandiya çimərlikləri - Hər kəs Hollandiyaya tətilə getməyə risk etməz. Burada suyun temperaturu nadir hallarda 17 dərəcəni keçir. Ancaq yerli çimərliklərə gələnlər üçün heç bir məhdudiyyət yoxdur. Son olaraq : Rusiyaya məxsus səyahətlər saytı olan brainberries.co -dan bu mlumatları sizin üçün seçərkən suyun təmiz, xidmətin yüksək olduğunu bildirmək idi. Hər üç çimərlik eyni dərəcədə gözəldir və çılpaqdır. Məsləhət məndən qərar sizdən!

 Əntiqə Rəşid 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri