Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir VİDEO
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 25 mart, AZƏRTAC
Bakıya yeddi dəfə səfər etmişəm. İlk dəfə 2002-ci ildə gəlmişdim və ovaxtkı Bakı indiki ilə müqayisədə xeyli fərqli idi. Son beş ildə isə Qarabağ səfərləri ilə bağlı şəhərə daha tez-tez gəlmişəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “NomadMania” klubunun təsisçisi və rəhbəri Hari Mitsidis deyib.
Qarabağa üç dəfə səfər etdiyini diqqətə çatdıran səyyah bildirib: “Sabah yenidən gedəcəyəm və bu, dördüncü səfərim olacaq. İlk dəfə getdiyimiz dövrlə müqayisədə, yəni hər yerin xarabalıq vəziyyətində olduğu vaxtla, hazırda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir. Sonuncu səfərimizdə Füzulidə insanların yenidən məskunlaşdırılması üçün çoxsaylı binaların inşa edildiyini gördük. Yol şəbəkəsi isə diqqətimi xüsusilə çəkmişdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 Mart 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















