Harri Keyn: Milli komandamız əla futbol oynayır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Qol buraxmadan sona iki tur qalmış final mərhələsinə vəsiqə qazanmaq böyük nailiyyətdir. Milli komandamız əla futbol oynayır".
Oxu.Az xəbər verir ki, bu barədə futbol üzrə İngiltərə milli komandasının hücumçusu və kapitanı Harri Keyn UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-nın seçmə mərhələsinin son oyununda səfərdə Latviya yığmasını 5:0 hesabı ilə məğlub edərək, vaxtından əvvəl final mərhələsinə vəsiqəni təmin edib. Həmin qarşılaşmada Keyn iki qola imza atıb.

