Harri Keyn Tuxelə dəstək verdi
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərə millisinin kapitanı Harri Keyn baş məşqçi Tomas Tuxelə dəstəyini ifadə edib. Sport24.az xəbər verir ki, dünya çempionatının yarımfinalında Argentinaya məğlubiyyətdən sonra tənqid olunan alman mütəxəssisin gələcəkdə uğur qazanacağına inandığını deyən Keyn onun komandanın uğurlarında böyük pay sahibi olduğunu bildirib:
"Tomas bizi bu səviyyəyə gətirən əsas səbəblərdən biridir. O, dünyanın ən yaxşı məşqçilərindəndir. Hər kəs kimi o da səhv edə bilər. Bu, onun ilk böyük turniri idi və bu təcrübə gələcəkdə bizi daha güclü edəcək".
Keyn azarkeşlərin narazılığını başa düşdüyünü vurğulasa da, Tuxelə vaxt verilməsinin vacib olduğunu qeyd edib.
33 yaşlı forvard həmçinin 2030-cu il dünya çempionatında da İngiltərə millisinin formasını geyinmək arzusunda olduğunu gizlətməyib:
"Son mövsüm karyeramın ən yaxşısını keçirdim. Özümü heç vaxt bu qədər yaxşı hiss etməmişəm. Nə qədər yüksək səviyyədə çıxış etsəm, İngiltərə millisində oynamağa davam edəcəyəm. Amma dörd il çox uzun müddətdir, indidən nəsə demək çətindir".
Baxış sayı:43
Bu xəbər 20 İyul 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















