Harri Potter haqqında serialın baş rollarını canlandıracaq aktyorlar AÇIQLANDI
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ-nin HBO teleşirkəti "Harri Potter" haqqında serialda baş rolları ifa edəcək aktyorları rəsmən təqdim edib.
Oxu.Az bu barədə "Variety" jurnalına istinadla xəbər verir.
Dominik Maklaflin Harri Potteri, Arabella Stenton Hermiona Qreynceri, Alaster Staut isə Ron Uizlini canlandıracaq.
Çəkilişlərin yayda başlayacağı gözlənilir.
Serialda baş rollar üçün kastinqdə 30 mindən çox insan iştirak edib.





