Harris məğlub olduğunu etiraf etdi
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində məğlub olduqdan sonra ilk dəfə Vaşinqtonda tərəfdarları qarşısına çıxıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Harris seçkidəki məğlubiyyətini etiraf edərək Respublikaçı Partiyasından rəqibi Donald Trampı təbrik etdiyini, hakimiyyətin dinc yolla təhvil veriləcəyinə söz verdiyini bildirib.
“Biz bu seçkilərin nəticələrini tanımalıyıq. Bu gün əvvəlcə Trampla danışdım və onu qələbə münasibətilə təbrik etdim. Dedim ki, biz ona və onun komandasına hakimiyyətin təhvil verilməsində kömək edəcəyik və biz bu təhvil-təslimi sülh yolu ilə həyata keçirəcəyik”, - ölkənin vitse-prezidenti vurğulayıb.
O, çıxışında seçkinin nəticəsinin istədiyi kimi olmamasına baxmayaraq, dəstək verən tərəfdarlarına təşəkkür edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:106
Bu xəbər 07 Noyabr 2024 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















